Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2988/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Ərizəçi maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X1rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AZ-V028452 saylı doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin məcəllənin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Belə ki, işə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi 20 avqust 2024-cü il tarixdə Cəlilabad Rayon qeydiyyat şöbəsi tərəfindən həmin şəhadətnamə verilmişdir. Göründüyü kimi, şəxsin doğulduqdan sonra uzun müddət sonra ona şəhadətnamə verilmişdir. Halbuki şəxsin doğuşundan sonra uzun müddət keçdikdən sonra qeydiyyat şöbəsi tərəfindən şəhadətnamənin verilməsi mümkün deyildir, bu yalnız şəxsin doğuş faktının müəyyən edilməsi ilə məhkəmə qətnaməsi olduğu hallarda mümkündür. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi əvvəlcə Cəlilabad Qeydiyyat şöbəsinə müraciət etməli, onun doğuşunun əvvəllər qeydə alınıb-alınmamasını müəyyən etməli, 20 avqust 2024-cü il tarixdə aparılmış qeydiyyatın hansı əsasla aparılmasını dəqiqləşdirdikdən sonra düzgün iddia tələbi seçimi ilə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2988/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2988/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver