Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-30/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs - Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AD № 419727 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X1 adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış “VAZ 21043” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil üzərində mərhum İbadulla Səfərovla onun hər birinin 1/2 paylarının müəyyən edilməsi və xx.xx.2022-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış qeyd olunan avtomobilin 1/2-dən ibarət miras əmlaka, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat, **********40-10301 reyestr nömrəli, seriya MH № 003211 saylı çıxarışa əsasən Masallı rayonu, Təzə Alvadı kəndində 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95,47 kv.metr yaşayış, 245,73 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 1/3 hissəsindən ibarət miras əmlaka payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə ailə həyatı qurub, nikahlarını 27 oktyabr 2006-cı ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. X5 əvvəlki nikahından Cavabdeh1la Cavabdeh2 doğulmuşdur. İbadulla Səfərov 31 iyul 2022-ci il tarixdə vəfat etmişdir. O, vəfat edənədək mülkiyyətində “VAZ 21043” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobili və Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə 1/3 hissədə payı olmuşdur. Avtomobil mərhum ərinin adına qeydiyyatda olsa da, onu birgə nikah dövründə əldə etmişlər. Bu səbəbdən də qeyd olunan avtomobilin 1/2-i onun payına düşür. Qalan 1/2-i isə mərhumun övladları olan cavabdehlərlə aralarında bölünməlidir. Lakin cavabdehlər miras əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmiş, payları ilə bağlı ərizə verməkdən də imtina etmişlər. Vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehlər onların payına düşən mirasdan imtina etməmişlər. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini cavabdehlərə çatdırılması üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və vəkilin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, X9 21 sentyabr 1961-cü il tarixdə doğulmuşdur, atası X10, anası X11r. Ölüm haqqında arayışdan görünür ki, X12 21 oktyabr 2001-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 oktyabr 2001-ci ildə 679 saylı qeydiyyat aparılmışdır. Ölüm haqqında arayışdan görünür ki, X13 02 yanvar 2017-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 yanvar 2017-ci ildə 02 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1987-ci il tarixdə doğulmuşdur, atası X9, anası X6r. Doğum haqqında arayışdan görünür ki, X8 xx xxxxxx 1991-ci il tarixdə doğulmuşdur, atası X9, anası X6r. Nikahın haqqında arayışdan görünür ki, X9 ilə X14 arasında 27 oktyabr 2006-cı ildə Masallı rayon Təzə Alvadı kənd ərazi nümayəndəliyində 115 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Səfərov (a) soyadı verilmişdir. AD № 419727 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BD-*** qeydiyyat nömrəli, “VAZ 21063” minik markalı, universal tipli, 1999-cu il buraxılışlı, göy-yaşıl rəngli avtomobil X3 adına xx.xx.2019-cu ildə alğı-satqı müqaviləsi əsasənda qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat, **********40-10301 reyestr nömrəli, seriya MH № 003211 saylı çıxarışa əsasən Masallı rayonu, Alvadı kəndində mülkiyyətdə olan 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.47 kv.metr yaşayış, 245.73 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X4 2/3 hissə, X3 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli fərdi yaşayış evi hüquqi qeydiyyatını saxlayır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 31 iyul 2022-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 sentyabr 2022-ci ildə 870 saylı qeydiyyat aparılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 266 nömrəli arayışdan görünür ki, İddiaçı əri X9 xx.xx.2022-ci ildə vəfat etmiş, X3 daimi yaşayış yeri Masallı rayonu, Təzə Alvadı kəndi olmuş, ölənədək onunla birlikdə İddiaçı yaşamışdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları Cavabdeh2, Cavabdeh1dur. X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdə əri X2 miras qalmış əmlaka dair çəhadətnamə verilməsi üçün notariusa müraciət etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 167 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlər nəzərədən keçirilərkən vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 32.3 və 37.1-ci maddələrinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Mülki Məcəllənin 223.1, 223.2 və 223.2-ci maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə qeyd edir ki, vəsiyyətnamə yoxdur, miras qoyan X3 qanun üzrə vərəsələri arvadı İddiaçı, övladları Cavabdeh1 və Cavabdeh2dır. Qanunla müəyyən edilmiş müddət ərzində vərəsələr mirasdan imtina etməmişdilər. Miras əmlak “VAZ 21043” markalı **-BD- *** dövlət nömrə nişanlı avtomobil və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat, **********40-10301 reyestr nömrəli, seriya MH № 003211 saylı çıxarışa əsasən Masallı rayonu, Alvadı kəndində mülkiyyətdə olan 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.47 kv.metr yaşayış, 245.73 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin X3 mülkiyyətində olan 1/3 hissəsidir, əmlakın 2/3 hissəsi üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. **-BD-*** qeydiyyat nömrəli, “VAZ 21063” minik markalı, universal tipli, 1999-cu il buraxılışlı, göy-yaşıl rəngli avtomobil ər-arvadın nikah müddətində onların ümumi gəlirləri hesabına əldə olunduğundan ona münasibətdə ərarvadın hər birinin 1/2 payı var. Belə olan halda avtomobilə münasibətdə miras kütləsinə miras qoyanın 1/2 payı daxildir. Avtomobilə münasibətdə vərəsələrin hər birinin bərabər payları var. İddiaçı isə mülkiyyətçi kimi də payı var. Fərdi yaşayış evinə (1/3 hissə miras kütləsinə) münasibətdə də vərəsələrin hər birinin bərabər payları var, paylar müəyyən edilərkən digər mülkiyyətçi X7 əmlakın 2/3 hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “VAZ 21043” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobildən xx.xx.2022-ci il ildə vəfat etmiş X3 miras qalmış payına birinci növbəli vərəsələr kimi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/6 hissədə payları müəyyən edilsin. “VAZ 21043” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobildə yekun olaraq paylar aşağıdakı kimi müəyyən edilsin: İddiaçı - 4/6, Cavabdeh1 - 1/6 və Cavabdeh2 - 1/6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat, **********40-10301 reyestr nömrəli, seriya MH № 003211 saylı çıxarış üzrə fərdi yaşayış evindən xx.xx.2022-ci il ildə vəfat etmiş X3 miras qalmış payına birinci növbəli vərəsələr kimi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/9 hissədə payları müəyyən edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat, **********40-10301 reyestr nömrəli, seriya MH № 003211 saylı çıxarış üzrə fərdi yaşayış evində yekun olaraq paylar aşağıdakı kimi müəyyən edilsin: X7 6/9, İddiaçı - 1/9, Cavabdeh1 - 1/9 və Cavabdeh2 - 1/9. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-30/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-30/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver