Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3002/2023 15.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi 02 yanvar 1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 yanvar 1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1993-cü il təvəllüdlü Vüsal Abaslı «serebral iflic, tetaparez, hərəkətin kəskin məhdudlaşması ilə intellektin kəskin inkişafdan qalması» diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Uzun müddət müalicə olunsa da, sağalmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. Neçə illərdir ki, X11 qulluq edir, onun gündəlik təlabatı ilə özü məşğul olur. X11 faktiki fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Vüsal Abaslının hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Ona qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Vüsal Abaslının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda xx.xx.1993-cü il təvəllüdlü X5 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Odur ki, oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 müddətsiz İ dərəcəli əlildir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1993-cü ildə doğulmuşdur. Masallı rayon Mərkəzi Xəstəxanasının epikrizindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 «serebral iflic, tetaparez, hərəkətin kəskin məhdudlaşması ilə intellektin kəskin inkişafdan qalması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik hüquqi şəxsin X4 barəsində Qiyabi (sənədlər üzrə) Məhkəmə Psixiatrik Ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 2760 saylı rəyindən görünür ki, X1 iflicinin qalıq əlamətləri, ağıl zəifliyi ilə formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2023-cü il təvəllüdlü X7 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə xx.xx.1993-cü il təvəllüdlü X4 məhkəmə iclasında iştirakınə zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3002/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3002/2023
15.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver