Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-305/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin X2 və X4 Təchizatı və Satışı İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, R №280482 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 753,74 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayış evi vardır. Həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları onun evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı sayağac kabel vasitəsi ilə dövrüyədən kənarlaşdırılmışdır. Həmin tarixdə, yəni xx.xx.2022-ci ildə mərhum atası X3 barəsində R №280482 saylı akt tərtib edilmiş, sayağcdan kənar X1 etdiyi qeyd edilmişdir. İşıq idarəsinin işçiləri evə gələn elektrik xəttləri yoxlamamışlar, sayağcdan kənarda hansı formada X1 etdiyini qeyd etməmişlər. Əgər o, sayağcdan kənar X1 etmişdirsə bu fakt tam aydın formada foto şəkillər çəkməli idilər. Qeyd edilən akt isə onun iştirakı olmadan tərtib edilmişdir. Sonradan ona qəbz gələn zaman məlum olmuşdur ki, ona artıq sərfiyyat hesablanmışdır. Maraqlandığında aktın müdaxilə səbəbindən yazıldığı qeyd edilmişdir. Halbuki, heç vaxt o, sayağaca müdaxilə etməmişdir. Sonra o, aktı işıq idarəsindən almış, aktda kəndçilərinin adlarının şahid kimi qeyd edildiyini görüb həmin şahidlərlə əlaqə saxlamış və onlar bildirmişlər ki, heç vaxt onun sayağacına baxış keşirməmişlər. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 753.74 manat sərfiyyat hesablanmışdır. Halbuki o, həmin məbləğdə işıq sərf etməmişdir. Heç onun evi bir ay ərzində 100 manat yazmır. Belə olan halda ona 753 manat işıqdan istifadə etməyini yaza bilməzlər. Halbu ki, qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasını qeyd etmişdir. Evinin X1 yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar.Göründüyü kimi, cavabdeh təşkilat heç bir əsas olmadan akt tərtib etmiş və ona uyğun səfiyyat hesablamışlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən aktın etibarsız hesab edilməsi və əsassız yerə hesablanmış borcun silinməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizədə mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatın dinləyib, cavanbdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, R №280482 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu, Boradigah qəsənbəsində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın 10 MM2 sip kabel vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Boradigah qəsənbə sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar olaraq 753.74 manat məbləğində sərfiyyat hesablanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonent İddiaçı fərdi yaşayış evinə bitişik elektrik sayğacına baxış keçirilən zaman orada sayğacın 10 MM2 sip kabel vasitəsi ilə dövriyyədən kənarlaşdırıldığı, sayğac işlək vəziyyətdə olmadan evdə elektrik enerjisində istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, R №280482 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış sərfiyyatın silinməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, "xxxx" ASC tərəfindən təqdim edilmiş görüntülər aktın əsaslı olması qənaətinə gəlməyə kifayət qədər imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın xx.xx.2022-ci il tarixli, 280482 saylı akta əsasən hesablanmış 753,74 manat pulun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, dəymiş ziyan “X1 Qaydaları”nın tələblərinə uyğun hesablandığından iddia tələbi həmin hissədə əsaasızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin X2 və X4 Təchizatı və Satışı İdarəsinə qarşı 04 noyabr 2022-ci il tarixli, R №280482 saylı aktın etibarsız hesab edilməsi və hesablanmış 753,74 manat pulun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-305/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-305/2023
02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver