Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3140/2022 18.11.2022 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 030 saylı qərarı əsasında fərdi yaşayış evi tikilməsi üçün ona və ailə üzvlərinə 0.04 herktar torpaq sahəsinin verilməsi barədə JN-117A nömrəli, kod 80522039 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 030 saylı qərarı əsasında ona və ailə üzvlərinə fərdi yaşayış evi tikilməsi üçün JN-117A nömrəli kod 80522039 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.04 ha torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə texniki səhv olaraq onun yəni Ərizəçi adı səhvən X4 qeyd edilmişdir. Qeyd edilən sənəddə uyğunsuzluq olduğundan bir sıra hüquqlardan məhrum olmalarına səbəb olmuşdur. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. JN-117A nömrəli kod 80522039 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətlərindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 030 saylı qərarı əsasında X5 ailə üzvləri ilə birlikdə 0.04 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin X2, X3, X7, X9 və X10 adları qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaşova (Əzizova) Elanə Heybət qızı xx xxxxxx 1971-ci ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Dadaşova (Əzizova) Elanə Heybət qızı 24 iyul 2003-cü ildə rəsmi nikaha girmişlər. Masallı RİHB-nın Masallı rayon Türkoba İƏDÜN-nin arayışından görünür ki, JN-117A nömrəli kod 80522039 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 - Ərizəçi kimi oxunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Ərizəçi müraciətindən imtina məktubundan görünür ki, JN-117A nömrəli Şəhadətnamədə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 030 saylı qərarı əsasında ona və ailə üzvlərinə fərdi yaşayış evi tikilməsi üçün JN-117A nömrəli kod 80522039 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.04 ha torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə texniki səhv olaraq onun yəni Ərizəçi adı səhvən X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5.-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cı maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçi məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 030 saylı qərarı əsasında 0.04 herktar torpaq sahəsinin verilməsi barədə JN-117A nömrəli, kod 80522039 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3140/2022
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3140/2022
18.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver