Məhkəmə qərarları › İş №2(050)-3158/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3158/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3158/2023 04.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış 0,74 hektar torpaq sahəsinin verilməsinə dair JN 301 Kod 80509018 nömrəli Dövlət X1, X8, X22, X23, Ərizəçi və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 saylı qərarı ilə JN 301 Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona ailə üzvlərinə birlikdə 0,74 hektar torpaq sahəsi verilmişdir. X45 X4nun adı Nəzir yazılmalı olduğu halda səhvən Nazir kimi, onun, yəni Ərizəçi adı səhvən Cəmaləddin, ata adı isə Nazir kimi və bacı və qardaşlarının ata adları Nəzir kimi yazılmalı olduğu halda səhvən Nazir kimi yazılmışdır. Yol verilmiş bu səhv onun hüquqlarını pozur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də, məhkəməyə müraciət etməyi məsləhət görüimüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmədə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan JN-301, Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə X18, X10, X11, X25, X26, X12, Nümayəndə Nazir oğuna, X7 0.74 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı RİHB-ın Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 700 nömrəli arayışda qeyd edilmişdir ki, JN-301, Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı və ata adı texniki səhv nəticəsində X2 yazılmışdır. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X30 06 avqust 2018ci il tarixdə Beynə qansızma səbəbindən Masallı rayonu Güllütəpə kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X24 24 dekabr 2000ci il tarixdə Şəkərli diabet səbəbindən Masallı rayonu Güllütəpə kəndində ölmüşdür. İşə əlavə edilmiş Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Masallı rayon Qeydiyyat şöbəsinin arxivində X9 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X20 arasında 19 dekabr 2009-cu il tarixdə Masallı rayon Ərkivan ərazi üzrə nümayəndəliyində 80 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həşimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1978-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşdur. X6, anası X13r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X31 20 fevral 1977-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşdur. X4, anası X13r. İş materiallarında olan doğum haqqında haqqında şəhadətnamədən görünür ki, X20 06 mart 1969-cu ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşdur. X6, anası X13r. İş materiallarında olan doğum haqqında haqqında şəhadətnamədən görünür ki, X14 12 yanvar 1982-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşdur. X6, anası X13r. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Nümayəndə xx xxxxxx 1980-ci ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X14 12 yanvar 1982-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X21 06 mart 1969-cu ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X31 20 fevral 1977-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi qeyd olunan faktı, yəni sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.74 ha torpaq sahəsinə dair JN-301, Kod 80509018 nömrəli Dövlət X3, X8, X22, X23, Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0.74 ha torpaq sahəsinə dair JN-301, Kod 80509018 nömrəli Dövlət X3, X8, X22, X23, Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar