Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-316/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Heç bir psixi qusuru və ya digər yolxucu xəstəlikləri yoxdur. Onun övladı xx.xx.2006-cı il təvəllüdlü X1 rayonunda anadan olmuş və hazırda Masallı rayonu, Yeddioymaq kəndində onunla birlikdə yaşayır. X2 uşaq autizmi, kanner sindromu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Qızı dəfələrlə müalicə olunmasına baxmayaraq bu günə kimi onun səhhətində irəliləyiş olmamışdınr. O, öz hərəkətlərini dərk etmir, öz hərəkətlərinin nə ilə nəticələnəcəyini başa düşmür. Qızı anadan olandan psixi və fiziki qusurları vardır. Əmək qabiliyyətsizdir, ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Birinci qrup əlildir, öz hüquqlarını müdafiə etmək iqtidarında deyildir. Bu səbəbdən ona qəyyum təyin edilməlidir. Odur ki, serebral iflic xəstəliyindən əziyyət çəkən qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, 25 sentyabr 2006-cı il təvəllüdlü X3 atası X8, anası Ərizəçidır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 28 noyabr 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, 25 sentyabr 2006-cı il təvəllüdlü X4 F84.0 uşaq autizmi, Kanner sindromu, F72.1 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ 31 aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2025-ci il tarixli, 691 saylı rəyindən görünür ki, X4 “uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının elektron arayışında “Uşaq autizmi. Kanner sindromu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu" diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: xx.xx.2006-cı il təvəllüdlü X4 uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. xx.xx.2006-cı il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. xx.xx.2006-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Əqli geritik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam inkişafıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2025-ci il tarixli, 691 saylı rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. xx.xx.2006-cı il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. xx.xx.2006-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Əqli geritik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam inkişafıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 sentyabr 2006-cı il təvəllüdlü Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(050)-316/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-316/2025
01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver