Məhkəmə qərarları › İş №2(050)-32/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-32/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-32/2025 27.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və digər ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi ona verilərkən torpaq sənədində oğlunun adı və soyadı səhv yazıldığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Belə ki, şəhadətnamədə oğlunun adı “X21” yazılmalı olduğu halda, “X22” kimi qeyd edilmişdir. Torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərinin aparılması oğlunun adı səhv yazıldığından mümkün olmamış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 078B Kod 80504038 saylı şəhadətnamədə düzəliş edilməsi onların səlahiyyətində deyildir. Mövcud problem səbəbindən hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə” dair JN-078B Kod 80504038 saylı X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininin xx.xx.2018-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-078B nömrəli şəhadətnamələrdə düzəlişlər edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X3 nikahı xx.xx.1973-cü il tarixdə 11 № ilə qeydə alınmışdır. Doğum haqqında arayışdan görünür ki, X24 xx.xx.1976-cı ildə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuşdur. Masallı RİHB-nin Banbaşı ərazi üzrə nümayəndəliyinin 802 №-li arayışından görünür ki, həqiqətən Ərizəçi məxsus torpağa mülkiyyət hüququna dair dövlət aktında (J№-078B KOD ********) 4-cü sırada adı göstərilən X22 adlı şəxsin adı dövlət aktına səhvən düşmüşdür və ərazidə bu ad və soyadlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Masallı RİHB-nin Banbaşı ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 29 №-li arayışından görünür ki, həqiqətən X11 həqiqətən torpağa mülkiyyət hüququna dair dövlət aktında (J№-078B KOD ********) adı səhvən Xanış, soyadı səhvən Cəlilov yazılmışdır. Masallı rayon Banbaşı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 78 №-li arayışından görünür ki, həqiqətən Banbaşı ərazi üzrə nümayəndəliyinə daxil olan Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərində X22 adlı şəxs qeydiyyatda deyil, yaşamır və adına heç bir torpaq sahəsi yoxdur. Masallı rayon Banbaşı ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 486 №-li arayışından görünür ki, həqiqətən Banbaşı ərazi üzrə nümayəndəliyinə daxil olan Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərində X22 adlı şəxs qeydiyyatda deyil və yaşamır. J№-078B KOD 80504038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarı əsasında X17 və ailə üzvlərinə 0.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. X33 həmçinin X4, X12, X13, X9, X10 adları qeyd edilmişdir. J№-238A KOD 80504038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarı əsasında X18 0,08 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı RİHB-nin Banbaşı ərazi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 31 №-li arayışından görünür ki, Masallı rayon Binə Xocavar kəndində qeydiyyatda olan və yaşayan Ərizəçi təsərrüfatında və ailə üzvlərində X22 adlı şəxs yaşamır. Doğum haqqında akt qeydindən görünür ki, X24 xx.xx.1976-cı il tarixdə Masallı rayon Binə Xocavar kəndində anadan olmuşdur. X6, anası X5r. Masallı Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X13 doğumu və ölümü haqqında məlumatların müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunmuş şəxsin doğumu və ya ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə izahatı və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə JN- 078B Kod 80504038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə X23 və onun ailə üzvlərinə 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin X1 adı və soyadı X21 yazılmalı halda səhvən adı və soyadı X7 qeyd edilmişdir. Halbuki, onun adı və soyadı şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və digər sənədlərində X8 qeyd edilmişdir. Beləliklə məhkəmə ərizəçinin qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə X23 və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-078B Kod 80504038 saylı olan X2 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə X23 və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-078B Kod 80504038 saylı olan X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar