Məhkəmə qərarları › İş №2(050)-3211/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3211/2023

27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3211/2023 27.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, uşağın saxlanması üçün 220 manat aliment və mediasiya xərcinə görə ödənilmiş 55 manat pulun cavabdehdən tutulması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 13 mart 2021-ci il təvəllüdlü X3 atasının Cavabdeh olmasının müəyyən edilməsi, uşağın saxlanması üçün 220 manat aliment və mediasiya xərcinə görə ödənilmiş 55 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2020-ci ilin iyun ayında el adəti üzrə ailə həyatı qurmuşlar. İlk əvvəl mehriban yaşasalar da, sonradan mütəmadi olaraq aralarında münaqişələr olmuş və nəticədə cavabdehdən ayrılmalı olmuşdur. Haırda faktiki olaraq ayrı yaşayırlar. Qeyri-rəsmi nikahlarından 13 mart 2021-ci il təvəllüdlü X6 adlı bir uşaq doğulmuşdur. Cavabdeh uşağın saxlanmasında heç bir maddi yardım göstərmir. Odur ki, atalığın müəyyən edilməsi və aliment tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə el adəti ilə ailə qurmuş, toyları olmuş, gəlin köçmüşdür. Aralarında münaqişələr olduğundan hazırda üç ildir ki ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı və cavabdeh 2020-ci ildə el adəti ilə ailə qurmuşlar. O, həmin toy məclisində, nişan mərasimində qonşu kimi iştirak etmişdir. Onların brgə faktiki nikahlarından 13 mart 2021-ci il təvəllüdlü Nur adlı uşaqları olmuşdur. Uşağın atası Cavabdehdur. Doğum haqqında arayışdan görünür ki, 13 mart 2021-ci il təvəllüdlü X1 şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki ailə münasibətləri qurmuşlar. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsini, şahid ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi atalığın müəyyən edilməsi hissəsində təmin, alimentin tutulması hissəsində qismən təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2020-ci ilin iyun ayında el adəti üzrə ailə həyatı qurmuşlar. Qeyri-rəsmi nikahlarından 13 mart 2021-ci il təvəllüdlü X6 adlı bir uşaq doğulmuşdur. Tərəflərin nikahı rəsmi qeyd edilmədiyinə görə uşağın atalığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikahda olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda isə onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2. və 46.3-cü maddələrinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1. və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, iddiaçı uşağın atalığı üçün rəsmi müraciət etdiyindən, atalıq müəyyən olunmalıdır. Uşağın atasının Cavabdeh olması şahid ifadəsi və iddiaçının özünün ifadəsi ilə, eləcə də tərəflərin el adətinə uyğun olaraq toy mərasimi ilə faktiki olaraq ailə qurmaları ilə təsdiq olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşağın qayğısına qalmaq üçün yalnız maddi ehtiyacların qarşılanması kifayət deyil, valideyn öz borcunu elə yerinə yetirməlidir ki, uşaq ata və ya ana qayğısını mənəvi və psixoloji baxımdan hiss etsin. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Bununla belə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları, nəzərə alaraq, aylıq aliment məbləğinin 200 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Mediasiya xərcinə görə 55 manat pul ödənildiyi üçün, həmin məbləğ cavabdeh tərəfindən tutularaq iddiaçi İddiaçı verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 260-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 13 mart 2021-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilsin. 13 mart 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment və mediasiya xərcinə görə ödənilmiş 55 manat pul tutularaq iddiaçi İddiaçı verilsin. Alimentin tutulması 30 avqust 2023-cü il tarixdən hesablansın, aliment hissəsində qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar