Məhkəmə qərarları › İş №2(050)-3280/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3280/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3280/2023 20.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Masallı rayon bələdiyyəsinin (protokol-06) 15 iyun 2006-ci il tarixli qərarının və onun əsasında bağlanmış torpaqların alğı-satıqsına dair aktın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2006-cı ildə Cavabdehnə müaraciət edərək ona məxsus evin altında və ətrafındakı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh (protokol-06) 15 iyun 2006-cı il tarixli qərarı ilə Cavabdeh mülkiyyətinə aid olan torpaq sahəsində Masallı rayon XDS İcraiyyə Komitəsinin təhkim etdiyi 0.06 ha torpaq sahəsinin ona alğı-satqı qaydasında satılması qərara alınmışdır. Qeyd olunan qərara əsasən torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmin aktda onun soyadı texniki səhv olaraq Cəfərova kimi qeyd edilməli olduğu halda, səhvən Səfərova kimi qeyd edilmişdir. Bu akt Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 2006-cı ildə, 148 nömrə ilə qeyd edilmişdir. Bununla bağlı Cavabdehnə müraciət etsə də, yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. Həmin qərarın ona məxsus olmasını, hazırda həmin torpaq sahəsində onun fərdi yaşayış evinin olmasından, Masallı şəhər ərazisində X3 adlı şəxsin olmasına dair Masallı RİHB Masallı şəhər İƏDÜNün arayışından və torpaqların alqı-satqısına dair aktda onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin qeyd olunmasından müəyyən etmək olar. Göstərilən yanlışlıqlar onun hüquqlarını pozur və onu hüquqlarını həyata keçirməkdən məhrum edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Cavabdeh 15 iyun 2006-cı il tarixli, qərarından (protokol-06) görünür ki, Cavabdeh 15 iyun 2006-cı il tarixli qərarı əsasında Cavabdehnə aid olan torpaq sahəsində Masallı rayon XDS İcraiyyə Komitəsinin təhkim etdiyi 0.06 ha torpaq sahəsi Masallı rayon Masallı şəhər sakini X1 alğı-satqı qaydasında satılması qərara alınmışdır. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin tikilmiş olan evin altında və ətrafındakı torpaq sahəsinin satılması barədə rəyindən görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə “S.Səfərovaya” yaşamaq məqsədilə satılması barədə Masallı bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli 06 saylı razılıq qərarı vardır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan “X3” Bələdiyyə orqanına yaşmaq məqsəilə 0.06 ha torpaq sahəsinin alğı-satqı olunması barədə 12 iyun 2006-cı il tarixdə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Masallı bələdiyyə ərazisində 0.06 ha torpaq sahəsinin satılması barədə 15 iyun 2006-cı il tarixli, 06 saylı qərar qəbul edilmişdir. Akt Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 2006-cı il tarixdə, 148 nömrə ilə qeydə alınmışdır. Məhkəmə izahatı və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, ərizəçi 2006-cı ildə Cavabdehnə müaraciət edərək ona məxsus evin altında və ətrafındakı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh (protokol-06) 15 iyun 2006-cı il tarixli qərarı ilə Cavabdeh mülkiyyətinə aid olan torpaq sahəsində Masallı rayon XDS İcraiyyə Komitəsinin təhkim etdiyi 0.06 ha torpaq sahəsinin ona alğı-satqı qaydasında satılması qərara alınmışdır. Qeyd olunan qərara əsasən torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmin aktda onun soyadı texniki səhv olaraq Cəfərova kimi qeyd edilməli olduğu halda, səhvən Səfərova kimi qeyd edilmişidr. Bu akt Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 2006-cı ildə, 148 nömrə ilə qeyd edilmişdir. Bununla bağlı Cavabdehnə müraciət etsə də, yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnəmələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308 və 310-cu maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçi məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə ərizəçilərin qeyd olunan faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 15 iyun 2006cı il tarixli qərarının (protokol-06) və onun əsasında bağlanmış torpaqların alğı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh 15 iyun 2006-cı il tarixli qərarı (protokol-06) və onun əsasında bağlanmış torpaqların alğı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar