Məhkəmə qərarları › İş №2(050)-333/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-333/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-333/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə 0,54 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktının ona, X6, X13 və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 25 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,54 ha torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktı tərtib edilmişdir. Dövlət aktında onun və ailə üzvlərinin adları “Ərizəçi” deyil, “X14”, “X12” deyil, “X23”, “X24” deyil, “X25” və “X20” deyil, “X15” kimi qeyd edilmişdir. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə göstərilən nöqsanlara görə sənədləşmə edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Həmin sənədi verən Dövlət orqanı artıq mövcud olmadığından pozulmuş hüququn müdafiəsi başqa cür mümkün deyil. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş: “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə X8, X9, X10, X16, X17 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,54 hektar torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1983-cü ildə Masallı şəhərində doğulmuşdur, atası X21, anası Ərizəçidır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1964-cü ildə Masallı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1959-cü ildə Masallı şəhərində doğulmuşdur, atası X28, anası X18r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X22 arasında xx.xx.1982-ci il tarixdə Masallı rayon VVAQ şöbəsində 93 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əskərov (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X24 xx.xx.1982-ci ildə Masallı şəhərində doğulmuşdur, atası X20, anası Ərizəçidır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2021-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 389 nömrə ilə qeydiyyat aparılmışdır. Masallı şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 2887 saylı arayışından görünür ki, “Torpağa mülkiyyət hüququna” dair Dövlət aktında (JN-126 Kod ********) Ərizəçi adı səhvən X14, X3 adı səhvən X25, X7 adı səhvən X15 və X4 adı səhvən X5 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə 0,54 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktının Ərizəçi, X6, X13 və X11 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə 0,54 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-126 Kod 80501018 saylı Dövlət aktının Ərizəçi, X6, X13 və X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar