Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3351/2024 28.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi uşaqları xx.xx.2003-cü il təvəllüdlü X14 «ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ekspressiv nitq pozğunluğu, nitqin inkişafının spesifik pozuntusu» diqanozu, xx.xx.2005-ci il təvəllüdlü X12 isə «ağır dərəcəli əqli gerilik» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsalar da, sağalmamışlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyləri ilə Vüsalə və Vəfanın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Onların qulluğunu tutmuş, gündəlik təlabatları ilə özü məşğul olmuşdur. Qızları hazırda da evdə müalicə alır. Adı çəkilən uşaqların faktiki fəaliyyət qabiliyyəti olmadığından onların müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onların hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da onların hüquqlarını həyata keçirməkdən məhrum olmalarına səbəb olmuşdur. Onlara qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə sözügedən qızlarının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X17 və Vüsalə Ocaqovaya qəyyum təyin edilməsindən ötrü onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.2003-cü il tarixdə doğulmuş X8 və xx.xx.2005-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X9 izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2017-ci il tarixli, AZ-İİİ 971130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2003-cü ildə doğulmuşdur. X3, anası Ərizəçidır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə doğulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından görünür ki, X7 «ağır dərəcəli əqli gerilik» diaqnozu qoyulmuş, İ dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından görünür ki, X13 «ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ekspressiv nitq pozğunluğu, nitqin inkişafının spesifik pozuntusu» diqanozu qoyulmuş, İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik Hüquqi X2 barəsində qiyabi Məhkəmə Psixiatrik Ekspertizasının 21 noyabr 2024cü il tarixli, 3354 saylı rəyindən görünür ki, X11 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik Hüquqi X1 barəsində qiyabi Məhkəmə Psixiatrik Ekspertizasının 25 noyabr 2024cü il tarixli, 3421 saylı rəyindən görünür ki, X6 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2003-cü il tarixdə doğulmuş X8 və xx.xx.2005-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyətsiz olması ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2003-cü il tarixdə doğulmuş X14 və xx.xx.2005-ci il tarixdə doğulmuş X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə doğulmuş X14 və xx.xx.2005-ci il tarixdə doğulmuş X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3351/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3351/2024
28.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver