Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3396/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X8 qarşı «miras əmlakın qəbul edilməsi faktı üçün buraxılmış müddətin bərpa edilməsi» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, xx.xx.1965-ci ildə anadan olmuşdur. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X2 ölənədək "xxxx" ASC-də əmanətə pul qoymuşdur. O, anasının birinci növbə vərəsəsidir. X21 vəfat etmişdir. X9 xx.xx.2021-ci ildə öldükdən sonra vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Bu yaxınlarda Notariat Kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətini buraxdığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə ona imtina verilmişdir. İmtinada isə vərəsəliklə bağlı müddətin ötürüldüyü qeyd edilmişdir. Həmin mirası qəbul etmək istəsə də, lakin bacısı ağır xəstələndiyi üçün onun müalicəsi ilə məşğul olduğundan daha sonra bacısı rəhmətə getdiyindən onun yas mərasimi və eləcə də bacısının vəfatı ona pis təsir etdiyi üçün mirasla bağlı məsələlərdən uzaq olmuşdur. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: X1 miras qalmış "xxxx" ASC-də əmanətə qoyulmuş pul məbləğindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü hesab edilərək, uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Abdullayeva (Abbasova) Əsmər Əzizağa qızı və X10 məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin izahatları İddiaçı məhkəmə iclasında izahat verərək, bacısının ağır xəstə olması, həmçinin vəfat etməsi səbəbindən mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna vaxtında müraciət edə bilmədiyini bildirmiş, bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abdullayeva (Abbasova) Əsmər Əzizağa qızı və X10 video konfrans əlaqə vasitəsilə qoşularaq xx.xx.2024-cü il tarixli məhkəmə iclasında hər biri ayrı-ayrılıqda iddia tələbinə etirazlarının olmadığını bildirmişlər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1356 №-li İddiaçı ünvanlanmış məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbulu müddəti keçdiyinə görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında üçüncü şəxsin adına və xeyrinə bağlanmış əmanət müqaviləsindən görünür ki, əmanəti daxil edən İddiaçı əmanətçi X6 məxsus 19000 manat məbləğində pulu "xxxx" ASC-də əmanət qoymuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, atası X12, X3dır. Doğum haqqında şəhadətnamədən görünür ki, Abdullayeva (Abbasova) Əsmər Əzizağa qızı xx.xx.1969-cu il tarixdə Masallı rayonunda anadan olmuş, atası X12, X3dır. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1964-cü il tarixdə Masallı rayonunda anadan olmuş, atası X12, X3dır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248. 1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Plenum Qərarına əsasən vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. İşin hallarından müəyyən edilir ki, iddiaçının anası X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mərhum İ.Quliyevanın adına "xxxx" ASC-də pul əmanəti olmuşdur. Hazırda mərhumun qanun üzrə vərəsələrindən əri Əzizağa Abbasov və qızı Bəyim Abbasova vəfat etmişdir. Mərhumun qanun üzrə 3 sağ vərəsəsi- hazırki iş üzrə İddiaçı, müstəqil irəli tələb irəli sürməyən şəxslər X10 və Abdullayeva (Abbasova) Əsmər Əzizağa qızı qalmışdır. Məhkəmə iclası zamanı fikirləri öyrənilmiş müstəqil irəli tələb irəli sürməyən şəxslər X10 və Abdullayeva (Abbasova) Əsmər Əzizağa qızı iddia tələbinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Həmçinin iddiaçı mirasın qəbulu ilə bağlı notariat ofisinə vaxtında müraciət edə bilməməsinə üzrlü hal kimi mərhum bacısı Bəyim Abbasovanın ağır xəstəlikdən əziyyət çəkməsini və daha sonra onun ölməsini göstərmişdir. Sübut kimi ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X1 miras qalmış "xxxx" ASC-də əmanətə qoyulmuş pul məbləğindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış "xxxx" ASC-də əmanətə qoyulmuş pul məbləğindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3396/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3396/2024
19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver