Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3437/2025 04.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı xx.xx.1990-cı il təvəllüdlü X7 «ağır dərəcəli əqli gerilik, oliqofreniyanın kəskin təzahür edən imibesillik dərəcəsi, davranış pozğunluğu, nitq qüsuru ilə» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Ona bu illər ərzində o baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci dərəcə əlillik təyin edilmişdir. X2 özü tutmuş, onun gündəlik təlabatı ilə özü məşğul olmuşdur. O, hazırda da evdə müalicə alır. X11 faktiki fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Dürdanə İsmiyevanın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Ona qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Dürdanə İsmiyevanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qızı xx.xx.1990-cı il təvəllüdlü X6 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Qanunvericiliyin tələbinə əsasən X11 fiziki qüsuru və ağlı zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə edə bilmədiyindən hüquqlarının həyata keçirilməsi üçün üzərində qəyyum təyin edilməsindən ötrü o, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, 07 fevral 1990-cı il təvəllüdlü X3 atası X9, anası Ərizəçidır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 16 avqust 2025-ci il tarixli elektron çıxarışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik, oliqofreniyanın kəskin təzahür edən imibesillik dərəcəsi, davranış pozğunluğu, nitq qüsuru xəstəliyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2025-ci il tarixli, 4383 saylı rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK(F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Lənkəran Psixiatriya Xəstəxanasında, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. X4 əqli geriliyə səbəb olan patologiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2025-ci il tarixli, 4383 saylı rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK(F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Lənkəran Psixiatriya Xəstəxanasında, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. X4 əqli geriliyə səbəb olan patologiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 fevral 1990-cı il təvəllüdlü Masallı rayonu, Sığdaş kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(050)-3437/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3437/2025
04.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver