Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3447/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixii 170 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış 0,49 hektar torpaq sahəsinin verilməsinə dair JN 370 Kod 80516018 nömrəli Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 saylı qərarı ilə JN 370 Kod 80516018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə mənə ailə üzvləri ilə birlikdə 0,49 hektar torpaq sahəsi verilmişdir. X12 adı və ata adı Ərizəçi yazılmalı olduğu halda səhvən X3 qeyd edilmişdir. X14 adlı onun qardaşı və yaxud qohumu yoxdur. Ümumiyyətlədə başqa dövlət aktı ilədə ona torpaq sahəsi ayrılmamışdır. X14 adlı şəxs Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayır. Aralarında heç bir mübahisə yoxdur. O, özüdə adının akta səhv getdiyini bildirir. Məhkəmə iclasında şahid kimi iştirak edəcəkdir. Yol verilmiş bu səhv onun hüquqlarını pozur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmədə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan JN 370, Kod 80516018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə X2, X7 və X10 0.49 hektar kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqədən və doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxx 1976-cı ildə Masallı rayonu Musaküçə kəndində doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Masallı RİHB-nın Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 370, Kod 80516018 nömrəli Dövlət Aktında Ərizəçi adı və ata adı X4 qeyd edilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X11 14 sentyabr 2007-ci il tarixdə Beyinə qansızma səbəbindən Masallı rayonu Musaküçə kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X6 24 iyul 2015-ci il tarixdə Beyinə qansızma səbəbindən Masallı rayonu Musaküçə kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçilər qeyd olunan faktı, yəni sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək Masallı rayon X9 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0.49 ha torpaq sahəsinə dair JN 370, Kod 80516018 nömrəli Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayon X9 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0.49 ha torpaq sahəsinə dair JN 370, Kod 80516018 nömrəli Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3447/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3447/2023
30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver