Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3466/2023 25.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakdan iddiaçılara düşən payların müəyyən edilərək natura şəklində iddiaçılara verilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə Masallı rayonu, Təklə kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı 3,93 ha torpaq sahəsindən iddiaçılara düşən payın, eləcə də Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli "Qanun üzrə vərəsilik hüququ haqqında" şəhadətnamə də nəzərə alınmaqla mərhum anaları X1 miras qalmış həmin əmlakdan iddaçılara düşən payın müəyyən edilərək natura şəkilində iddiçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakdan iddiaçılara düşən payların müəyyən edilərək natura şəklində iddiaçılara verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(050)-3466/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3466/2023
25.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver