Məhkəmə qərarları › İş №2(050)-3479/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3479/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3479/2024 24.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin idarə heyətinin sədri Mehman Veysəlov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 04/02436 saylı operativ lizinq müqaviləsinə əsasən 1400 manat və dövlət rüsumuna görə 34 manat olmaqla, ümumilikdə 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Aqroservis” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04/02436 saylı operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlev SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000 manat öhdəlikdən 2600 manat ödəniş edilmişdir. Cavabdehin ”Aqroservis” ASC-yə hazırda 1400 manat borcu vardır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından, iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ”Aqroservis” ASC ilə arasında bağlanmış müqaviləyə əsasən 2024-cü ildə mövsümü istifadə üçün 4000 manata bir ədəd taxılyığan kombayn icarəyə götürmüşdür. Həmin puldan 2600 manat ödəmiş və hazırda iddiaçıya 1400 manat borcu vardır. Odur ki, iddianının təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, materiallarına əlavə edilmiş 24 aprel 2024-cü il tarixli, 04/02436 saylı operativ lizinq müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh 1 ədəd Sampo Rosenlev SR-2045 markalı taxılyığan kombaynı 2024-cü ildə mövsümü istifadə üçün 4000 manata icarəyə verməyi, cavabdeh isə icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 aprel 2024-cü il tarixli, 04/02436 saylı operativ lizinq müqavilənə əsasən İddiaçı ASC-yə 1400 manat borcu vardır. Göründüyü kimi Cavabdeh 24 aprel 2024-cü il tarixli, 04/02436 saylı operativ lizinq müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan borcunu ödəməmişdir. Halbuki, 24 aprel 2024-cü il tarixli, 04/02436 saylı operativ lizinq müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən cavabdeh ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.2-ci bəndinə uyğun olaraq ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 04/02436 saylı operativ lizinq müqaviləsinə əsasən borca görə 1400 (bir min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ASCnin xeyrinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzində 34 (otuz dörd) manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 04/02436 saylı operativ lizinq müqaviləsinə əsasən borca görə 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat olmaqla, ümumilikdə 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar