Məhkəmə qərarları › İş №2(050)-3536/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3536/2025

02.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3536/2025 02.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X12 miras qalmış Masallı rayonu Ninalov kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-040F kod 80519048 saylı Şəhadətnamə ilə paylı mülkiyyətində olmuş 0.16 ha həyətyanı torpaq sahəsi, Torpağa mülkiyyət hüququna dair JN-0011 kod 80519048 saylı Dövlət Aktı paylı mülkiyyətində olmuş 0.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2004-cü il tarixli 43/2 saylı Qeydiyyat Vəsiqəsi ilə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 134 saylı mənzildən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X29 ilə X32 nikahları xx.xx.1963-cü ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların nikahından isə onunla yanaşı Səlahəddin, Dadaş, İmanverdi, Üzeyir, Şahin adlı qardaşları və Nərminə, Əntiqə, Güldəstə, Nəzakət, Südabə adlı bacıları doğulmuşdur. X47 xx.xx.1996-cı il tarixdə, atam Şahverdi Dadaşov xx.xx.2017-ci il tarixdə, bacısı Nərminə Dadaşova xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından Masallı rayonu Ninalov kəndində 0.16 ha paylı həyətyanı torpaq sahəsi və 0.98 ha paylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 134 saylı mənzil miras qalmışdır. Babası, nənəsi daha öncə vəfat etdiklərindən, həmçinin anası da vəfat etdiyindən mərhum atasına münasibətdə birinci növbəli vərəsə kimi onunla bacı-qardaşları qalmışlar. Atası özünə məxsus əmlakları həmçinin ona vəsiyyət etmişdir. Bacı-qardaşları da miras əmlakı qəbul etməmiş və mirası əmlakın onun adına sənədləşməsinə etiraz etməmişlər. Atasının ölümündən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə Notariat Kontoruna vaxtında müraciət etməmişdir. Sonradan Notariat Kontoruna müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Babası, nənəsi və anası vəfat etdiyindən qanunvericiliyin tələbinə əsasən onunla bacı-qardaşları atasına münasibətdə birinci növbəli vərəsə hesab edilirlər. Qanunvericiliyin tələbinə əsasən atasının birinci növbəli vərəsəsi onunla bacı və qardaşları olsa da, onlar miras əmlakı qəbul etməmiş və həmin mirasın adına sənədləşməsinə etiraz etmirlər. O, isə mirası qəbul etmək istəsə də, uzun müddət Rusiya Federasiyasında yaşadığından kənddən kənarda olmuş, həmçinin işi ilə bağlı mütəmadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət bərpa edilə bilər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: JN-040F kod 80519048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikilməsi üçün X22, X4, X16, X9, X23 və X13 ümumbirgə mülkiyyət hüququ ilə Masallı rayonu Ninalov kəndində 0.16 hektar torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna” dair JN-0011 Kod 50819048 saylı dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə X22, X4, X16, X9, X23 və X13 ümumbirgə mülkiyyət hüququ ilə 0.98 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. xx.xx.2004-cü il tarixli, 43/2 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi X17 adına qeydə alınmışdır. Masallı Rayon Mənzil İstismar sahəsinin 16 noyabr 2024-cü il tarixli, 430 saylı arayışından görünür ki, X22 məxsus olan mənzilin hal-hazırki ünvanı ünvan 3rünür ki, X29 ilə X32 arasında Masallı rayon Kolatan kənd ərazi nümayəndəliyində 19 dekabr 1963-cü il tarixdə, 62 nömrəli nikah akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə (arvada) Dadaşov (a) soyadı verilmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X29 24 mart 2017-ci il tarixdə vəfat etmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X32 25 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X18 atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 27 iyul 1980cı il təvəllüdlü X10 atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 06 oktyabr 1976-cı il təvəllüdlü X7 atası X29, anası X25r. X45 ilə X19 arasında Masallı rayon Sığdaş kənd ərazi nümayəndəliyində 29 noyabr 2005-ci il tarixdə, 31 nömrəli nikah akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 24 avqust 1972-ci il təvəllüdlü X14 atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, xx xxxx 1974cü il təvəllüdlü İddiaçı atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X18 atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 04 yanvar 1963-cü il təvəllüdlü X20 22 noyabr 1982-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 03 avqust 1966-cı il təvəllüdlü X5 atası X29, anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 26 avqust 1959-cu il təvəllüdlü X21 anası X25r. “Elektron notariat” X2 vasitəsilə “X24” AQİS-dən çıxarışdan görünür ki, 26 iyul 1970ci il təvəllüdlü X6 atası X29, anası X25r. X26 ilə X15 arasında Masallı rayon Sığdaş kənd ərazi nümayəndəliyində 05 noyabr 1992-ci il tarixdə, 04 nömrəli nikah akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə (arvada) Ağayev (a) soyadı verilmişdir. Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimovun 12 sentyabr 2025-ci il tarixli, 1292 saylı məktubundan görünür ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı səbəbindən vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər qaytarılmışdır. 25 iyul 2024-cü il tarixli, **********633 saylı X11 notariat ofisinə olan ərizəsindən görünür ki, 24 mart 2017-ci il tarixdə vəfat etmiş atası X12 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 02 avqust 2024-cü il tarixli, **********307 saylı X5 notariat ofisinə olan ərizəsindən görünür ki, 24 mart 2017-ci il tarixdə vəfat etmiş atası X12 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 25 iyul 2024-cü il tarixli, **********634 saylı X21 notariat ofisinə olan ərizəsindən görünür ki, 24 mart 2017-ci il tarixdə vəfat etmiş atası X12 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 02 avqust 2024-cü il tarixli, **********306 saylı X8 notariat ofisinə olan ərizəsindən görünür ki, 24 mart 2017-ci il tarixdə vəfat etmiş atası X12 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 05 noyabr 2025-ci il tarixli, 3- 38-33/2-4066/25 saylı məktubundan görünür ki, 10 iyul 2017-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, 03 aprel 2017-ci il tarixdə çıxmış, 02 may 2017-ci il tarixdə daxil olmuş, 05 may 2017-ci il tarixdə çıxmış, 23 mart 2018-ci il tarixdə daxil olmuş, 26 mart 2018-ci il tarixdə çıxmış, 10 sentyabr 2025-ci il tarixdə daxil olmuş və 24 sentyabr 2025-ci il tarixdə çıxmışdır. 21 dekabr 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, X29 ona məxsus Masallı şəhəri, H.Əliyev prospekti, ev 30, mənzil 14-də yerləşən üç otaqlı mənzilini İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X29 ilə X32 arasında nikah bağlanmışdır. Onların nikahlarından Loğman, Səlahəddin, Dadaş, İmanverdi, Üzeyir, Şahin, Nərminə, Əntiqə, Güldəstə, Nəzakət və Südabə adlı övladları doğulmuşdur. X29 24 mart 2017-ci il tarixdə, X32 25 dekabr 1996-cı il tarixdə vəfat etmişlər. X12 JN-040F kod 80519048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikilməsi üçün ümumbirgə mülkiyyət hüququ ilə Masallı rayonu Ninalov kəndində 0.16 hektar torpaq sahəsi, “Torpağa mülkiyyət hüququna” dair JN-0011 Kod 50819048 saylı dövlət aktı ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə ümumbirgə mülkiyyət hüququ ilə 0.98 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi, xx.xx.2004-cü il tarixli, 43/2 saylı Qeydiyyat Vəsiqəsi ilə ünvan 2 ünvanında yerləşən yaşayış evi miras kimi qalmışdır. 21 dekabr 2005-ci il tarixli vəsiyyətnamə ilə X3 şəhəri, H.Əliyev prospekti, bina 30/14 ünvanında yerləşən yaşayış evini İddiaçı vəsiyyət etmişdir. X1 miras qalmış əmlakı rəsmi olaraq heç bir vərəsəsi qəbul etməmişdir. İddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq miras əmlak kimi qəbul etdiyini bildirir. Müddətin ötürülməsini isə onun ölkə xaricində yaşadığından miras əmlakın qəbulu ilə bağlı ərizənin verə bilməməsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X17 birinci növbə vərəsəsidir. Həmçinin digər birinci növbə vərəsələr miras əmlakdan imtina etdiklərindən, rəsmi olaraq qəbul etmədiklərindən, onların aralarında mübahisə olmadığından iddia təmin edilməli və mərhum X12 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 24 mart 2017-ci il tarixdə vəfat etmiş X12 miras qalmış JN-040F kod 80519048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikilməsi üçün X12 ümumbirgə mülkiyyət hüququ ilə Masallı rayonu Ninalov kəndində 0.16 hektar torpaq sahəsindən, “Torpağa mülkiyyət hüququna” dair JN-0011 Kod 50819048 saylı dövlət aktı ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı əsasında X17 ümumbirgə mülkiyyət hüququ ilə 0.98 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən, X17 adına qeydə alınmış xx.xx.2004-cü il tarixli, 43/2 saylı Qeydiyyat Vəsiqəsi ilə ünvan 2 ünvanında yerləşən yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün İddiaçı tərəfindən buraxılmış müddət üzürlü hesab edilsin və İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar