Məhkəmə qərarları › İş №2(050)-355/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-355/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-355/2023 09.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X19, ərizəçilər Ərizəçi1, Ərizəçi2 Baxtiyar qızının və Ərizəçi3 iştirakları ilə. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Baxtiyar qızının, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Baxtiyar qızı, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi1 ilə X12, Ərizəçi2nm adı ilə X13 və Ərizəçi3 adı ilə X7 eyni şəxs olması və sözügedən Dövlət Aktnın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktınm müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər hal-hazırda ərizədə qeyd olunan ünvanlarda yaşayırlar. Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında 4-cü sırada Ərizəçi1 səhvən X2, 5-ci sırada Ərizəçi2 adı səhvən X3, 7-ci sırada Ərizəçi3 qıznın adı səhvən X4 yazılmışdır. Belə olduğu halda, hər hansı bir sənədləşmə aparan zaman qeyd edilən uyğunsuzluq səbəbindən onlara maneə yaradılır. Hazırda da elektron xəritələri hazırlanmış, çıxarışları götürmək istədikləri vaxt bu problemlə rastlaşmışlar. Beləliklə, Azərbaycan Respublikasınm İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər. Həmin təşkilat 15 dekabr 2022-ci il tarixli, **********65 saylı məhkəməyə müraciət edilməsi barədə cavab məktubu ilə imtina etmişdir.Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Baxtiyar qızı, Ərizəçi3 məhkəmə iclasında verdikləri izahatında ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan JN-0053, Kod 80513048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 02 may 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə X14, X24, X10, X8, X9, X21, X11, X15 və X16 0.70 hektar kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ərizəçiyə verilmiş **********65 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0053 nömrəli Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi1 xx xxxxx 1979-cu ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1981-ci ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X5 ilə X17 arasında 21 yanvar 1999-cu il tarixdə Masallı rayon Ərkivan kənd ərazi dairəsi üzrə nümayəndəliyində 02 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X17 xx xxxxxx 1981-ci ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuşdur. X6, anası X22r. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X26 ilə X23 arasında 27 noyabr 2003-cü il tarixdə Masallı rayon Qəriblər kənd ərazi dairəsi üzrə nümayəndəliyində 17 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Bağışova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X23 05 fevral 1984-cü ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuşdur. X6, anası X22r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx xxxxx 1979-cu ildə Masallı rayonu Qəriblər kəndində anadan olmuşdur. X6, anası X22r. İş materiallarında olan Masallı RİHB-ın Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 570 nömrəli arayışda qeyd edilmişdir ki, JN-0053, Kod 80513048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1- Ərizəçi1 kimi, X13-Ərizəçi2 Baxtiyar qızı kimi, X20-Ərizəçi3 kimi yazılmalı və oxunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçilərin izahatlarına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçilər qeyd olunan faktı, yəni sənədin onlara məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə verilmiş Kod 80513048, JN- 0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi1 ilə X12, Ərizəçi2 ilə X13 və Ərizəçi3 ilə X7 eyni şəxs olması və JN-0053, Kod 80513048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 Baxtiyar qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 may tarixli, 15 nömrəli qərarı ilə verilmiş Kod 80513048, JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi1 ilə X12, Ərizəçi2 ilə X13 və Ərizəçi3 ilə X7 eyni şəxs olması və JN-0053, Kod 80513048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar