Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3564/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Lənkəran X15 idarəsinə qarşı cavabdeh orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qaz xəttinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Lənkəran X15 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan tərəfindən evdə qazdan istifadə etmələri ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması və evlərinə gedən qaz xəttinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddiasını müdafiə edib izahatında göstərdi ki, anası X7 2016-cı ildə, atası X14 2023-cü ildə vəfat etmişdir. Anası vəfat edənə kimi atası ilə rəsmi nikahda olmuş, vəfat etdikdən sonra atası ikinci arvadı kimi 2019-cu il tarixdə Şərqiyyə Cəfərova ilə rəsmi nikaha daxil olmuşdur. Atası vəfat etdikdən sonra Şərqiyyə Cəfərova evi tərk etmiş və sonradan miras əmlakla bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırmasının davam etməsinə baxmayaraq Şərqiyyə Cəfərovanın əsassız müraciəti əsasında cavabdeh orqan onların xəbəri olmadan, hazırda atasından miras qalmış evdə yaşamağına baxmayaraq evin qaz xəttinə aid olan sayğacı götürüb aparmışlar. Hazırda onlar evdə qazsız qalmış, evdə istilik sistemi dayandırılmışdır. Himayəsində azyaşlı uşaqları var və həmin uşaqların soyuğa davamı yoxdur. O və azyaşlı uşaqları evdə qaz sistemi olmadığı üçün çətinliklə üzləşmişlər. Bununla bağlı dəfələrlə qaz istismar idarəsinə müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Onların bu günə kimi qazdan istifadəyə görə borcları olmamışdır. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin nümayəndəsi X1 məhkəməyə ünvanladlğl etirazda göstərmişdir ki, iddiaçı ilə "Azəriqaz" İB-nin Lənkəran RQİİ Masallı XS arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, 37343 və xx.xx.2019-cu il tarixli, M/A- 2230/19 nömrəli müqavilələr bağlanmış, hal-hazırda təbii qazdan istifadə edir. İddia etdiyi ünvan üzrə isə müqavilə ögey anası X4 ilə bağlanmışdır. Şərqiyyə Cəfərova istehlakçı kimi "Azəriqaz" İB-nə ərizə ilə müraciət edərək sözügedən evdə müvəqqəti yaşamadığına görə qaz təchizatının dayandırılmasını xahiş etmiş və "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Şərqiyyə Cəfərovanın ərizəsinə əsasən qaz təchizatı dayandırmışdır. Göstərilənləri nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 01 iyul 2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Zenner G4T mexaniki” markalı, **********7 nömrəli sayğac itehlakçı Masallı rayonu, Hişkədərə kənd sakini X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2019-cu il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, **********01100 nömrəli sayğac Masallı rayonu, Hişkədərə kənd sakini İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(050)-2176/2024 saylı qətnaməsindən görünür ki, Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,07 ha torpaq sahəsinə münasibətdə X2 5/70 (yetmişdə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı, X5, X8, X10 və X6 hər birinin 1/70 (yetmişdə bir) hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,49 ha torpaq sahəsinə münasibətdə X2 5/80 (səksəndə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı, X5, X8, X10 və X6 hər birinin 1/80 (səksəndə bir) hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, Masallı rayonu Hişkədərə kəndində yerləşən 250 kv.m torpaq sahəsinə münasibətdə X2 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı, X5, X8, X10 və X6 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, Masallı rayonu Hişkədərə kəndində yerləşən 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinə münasibətdə X2 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, ümumi əmlak üzərində isə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələr-İddiaçı, X5, X8, X10 və X6 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, ban nömrəsi WDB2100811X010077, buraxılış ili 1998-ci il olan “Mersedes Benz E 280 markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə X2 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, ümumi əmlak üzərində isə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələr-İddiaçı, X5, X8, X10 və X6 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqlarının müəyyən edilməsi, iddiaçı X2 iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölüşdürülməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli, 372 saylı arayışdan görünür ki, Bədəlov X11 rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X7 2016-cı ildə, atası X14 isə 2023-cü ildə vəfat etmiş, anası vəfat etdikdən sonra atası 2019-cu il tarixdə Şərqiyyə Cəfərova ilə evlənmiş, atasının vəfatından sonra Şərqiyyə Cəfərova evi tərk etmiş, iddiaçının isə ailəsi ilə birlikdə yaşadığı digər fərdi yaşayış evi olmasına baxmayaraq mübahisəli evə köçüb hazırda orada yaşayır. Şərqiyyə Cəfərova sonradan miras əmlakla bağlı məhkəmədə iddia qaldırmış və məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə vərəsələr arasında paylar müəyyən edilmiş, həmçinin sonuncunun müraciəti əsasında cavabdeh orqan mübahisəli evə qazın verilməsini dayandırmışdır. İş materiallarından göründüyü kimi mübahisəli evə qazın verilməsinə dair cavabdehlə istehlakçı Ş.Cəfərova arasında müqavilə mövcud olmuş və sonuncunun müraciəti əsasında cavabdeh təşkilat haqlı olaraq həmin evə qazın verilməsini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən dayandırmışdır. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi tamamilə əsassızdır və təmin edilə bilməz. Belə ki, həmin maddəyə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda və paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda qazın verilməsini dayandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Lənkəran X15 idarəsinə qarşı cavabdeh orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qaz xəttinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh Lənkəran X15 idarəsinə qarşı cavabdeh orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qaz xəttinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq dövlət büdcəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3564/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3564/2024
19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver