Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3583/2025 24.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakları ilə. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş Masallı rayonu Təzə Alvadı kəndində yerləşən 0.84 ha kənd təsərrüftatı təyinatlı torpaq sahəsinə mülkiyyətlə bağlı Torpağa mülkiyyət hüququna dair JN-454, kod 80518018 saylı Dövlət Aktının onlara və mərhum nənələri X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə ailə üzvləri ilə birlikdə onlara yaşadıqları Masallı rayonu Təzə Alvadı kəndində 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verimlişdir. Lakin həmin qərar əsasında tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair JN-454 kod 80518018 saylı X27 Bağırlının soyadı Bağırov kimi, Ərizəçi2 adı Xəyal Yaşar oğlu kimi, nənələri X5 isə X1 qeyd edilmişdir. Əvvəla şəxsiyyəti təsdiq edən sənədlərdən, həmçinin doğum aktının qeydiyyatı ilə bağlı və yaşayış yeri barədə arayışlardan və şəxsiyyət vəsiqələrindən görünür ki, şəxsiyyətləri ilə bağlı məlumatlar Dövlət Aktında düzgün qeyd edilməmişdir. Bundan başqa nəinki onların ailədə, ümumiyyətlə yaşadığımız ərazidə Dövlət Aktında qeyd edilən ad, soyad və ata adına malik şəxslər mövcud deyildir. Bu isə Dövlət Aktında yanlışlığa yol verilməsini göstərir. Şəxsiyyətləri barədə məlumatların düzgün qeyd edilməməsi paylı mülkiyyətçi olduqları həmin torpaq üzərində sərəncam vermək hüquqlarını həyata keçirilməsinə maneçilik törədir. Bu səbəbdən də mülkiyyət hüququna dair qeyd olunan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna” dair JN-454 Kod 80518018 saylı dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə Masallı rayonu, Təzə Alvadı kənd sakinləri Nümayəndə, X7, X16, X11, X9, X17 və X4 0.84 hektar kənd təsərrüfatlı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. doğum haqqında arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi1 atası Nümayəndə, anası X8r. doğum haqqında arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X10 atası Nümayəndə, anası X8r. nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X19 arasında 03 may 2001-ci il tarixdə Masallı rayon Qeydyyat şöbəsində bağlanmış nikah, 265 nömrə ilə qeyd alınmışdır və nikah bağlandıqdan sonra ərə (arvada) Kərimov (a) soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X5 04 noyabr 2001-ci il tarixdə ölmüşdür. Masallı RİHB-nın Təzə Alvadı kənd İƏD üzrə nümayəndəsinin və Masallı rayonu X15 06 mart 2025-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, JN-454 Kod 80518018 saylı dövlət aktında texniki səhv olaraq torpaq mülkiyyətçilərindən Ərizəçi2 adı X20, Ərizəçi1 oğunun adı X21, X2 adı X1 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, dövlət aktında torpaq mülkiyyətçilərin adlarında düzəliş edilməsi ilə əlaqədar Nümayəndə müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçilər qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanuna uyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə 0.84 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-454 Kod 80518018 saylı dövlət aktının Ərizəçi1, Bağırova (Kərimova) Xəyalə Yaşar qızına və X3 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə 0.84 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-454 Kod 80518018 saylı dövlət aktının Ərizəçi1, Bağırova (Kərimova) Xəyalə Yaşar qızına və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3583/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3583/2025
24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver