Məhkəmə qərarları › İş №2(050)-3715/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3715/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3715/2023 21.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004cü il tarixli 011 nömrəli qərarı ilə verilmiş 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair JN-182 kod 80515018 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, islahat zamanı ailə üzvləri ilə onlara məxsus payıbəlli torpaq sahəsi mülkiyyətlərinə verilmiş və həmin torpaqla bağlı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət aktında Ərizəçi1 soyadı səhvən Caniyev kimi, X1 adı səhvən Nurlan, Ərizəçi3 adı isə səhvən Tərlan kimi qeyd edilmişdir. Halbuki rəsmi sənədlərdə onların ad və soyadları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi yazılmışdır. Bu fakt şəxsiyyəti təsdiq edən sənədlərdə, həmçinin doğum aktının qeydiyyatı ilə bağlı arayışlarda da əks olunmuşdur. Qəşəm Caniyev, Nurlan Şükürov və Tərlan Şükürov ad və soyadına malik şəxslər isə onların təsərrüfatında olmamış, belə ad və soyadlı şəxslər ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunan şəxslərin təsərrüfatda olduqları halda adlarının yazılmaması isə əslində onların adlarının səhv yazılmasını göstərir. Niyaməddinlə Ağalarıq adlarının, Qəşəmin isə soyadının düzgün yazılmaması payçı olduqları həmin torpaq üzərində həm onların, həm də digər payçıların sərəncam vermək hüququnun həyata keçirilməsinə maneçilik törədir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktında onların da adları qeyd edildiyindən mülkiyyət hüququna dair qeyd olunan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi zəruridir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçilərin nümayəndəsi Nümayəndə məhkəmədə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 ilə X8 arasında 06 mart 1975-ci il tarixdə Masallı rayon Mahmudavar ərazi nümayəndəliyində 06 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Şükürova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi3 11 dekabr 1979-cu ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası Nümayəndədır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 04 noyabr 1976-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Atası Ərizəçi1, anası X4r. İş materiallarında olan JN 0182, Kod 80515018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 011 nömrəli qərarı ilə X22, X5, X19, X2, X15, X16, X11, Nümayəndə, X6, X9, X10 1.56 hektar kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı RİHB-nın Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0182, Kod 80515018 nömrəli Dövlət Aktında 1-X23, 2-X17, 3- X12, 4-X13 yazılmışdır. 1-X24, 2-Ərizəçi1, 3-Ərizəçi2, 4-Ərizəçi3 yazılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ərizəçiyə verilmiş 3-21-3-44/2-4936/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-182 nömrəli Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçilər qeyd olunan faktı, yəni sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək Masallı rayon X7 15 noyabr 2004-cü il tarixli, 011 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 1.56 ha torpaq sahəsinə dair JN 0182, Kod 80515018 nömrəli Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayon X7 15 noyabr 2004-cü il tarixli, 011 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 1.56 ha torpaq sahəsinə dair JN 0182, Kod 80515018 nömrəli Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar