Məhkəmə qərarları › İş №2(050)-3745/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3745/2023

23.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3745/2023 23.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 13 may 2022-ci ildə mediasiya prosesində MŞİH-17721 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahından olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat onun xeyrinə aliment tutulması, alimentin tutulmasının 2022-ci ilin noyabr ayından hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2016-ci ilin sentyabr ayında faktiki ailə həyatı qurmuşlar. Nikahını isə xx.xx.2016-cı il tarixdə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü Gülverdiyeva Nuray adlı bir qızları olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Maraqlı şəxs uşağın saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasma müraciət etmişdir. Maraqlı şəxs ilə 13 may 2022-ci ildə mediasiya prosesində MŞİH-17721 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə birgə nikahından anadan olmuş yuxarıda adıçəkilən uşaq onun yanında saxlanılmalı və Maraqlı şəxs həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 30-da nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini ötən ilin may ayının 13-də imzalamasına baxmayaraq noyabr ayından həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə 13 may 2022-ci ildə mediasiya prosesində MŞİH-17721 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə X2 arasında 04 noyabr 2016-cı il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 677 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Gülverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X3 16 iyul 2017-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2220/2022 nömrəli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 04 noyabr 2016-cı il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 677 nömrə ilə qeydə alınmış nikah pozulması, 16 iyul 2017-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli, MŞİH-17721 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs 2016-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləsdirmişlər. Birgə yaşadıqları müddətdə nikahlarından xx.xx.2017-ci ildə X3 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Aralarında bağlanmış nikahın pozulmasını istəyirlər. İkinci tərəf uşağın anasının yanında qalmasına və uşağın saxlanılması üçün aliment ödəməsinə etiraz etmir. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci ildə X3 anası Ərizəçi yanında saxlanılmışdır. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci ildə X1 yetkinİik yaşına çatana kimi hər ay 200 manat alimenti birinci tərəf Ərizəçi ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 30-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 30-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 13 oktyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 13 may 2022-ci il tarixli, MŞİH-17721 nömrəli barışıq sazişi təsdiq edilsin. 30 noyabr 2022-ci ildən başlayaraq Maraqlı şəxs 16 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar