Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3760/2023 07.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli R 304724 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonu, Şərəfə kəndində yaşayır. "xxxx" ASC-nin əməkdaşları 04 oktyabr 2023-cü il tarixdə yaşadığı evə gələrək evinə gələn elektrik enerjisinin sayğacdan kənar işlədildiyini bəhanə edərək əsassız yerə ona R 304724 saylı akt tərtib etmişlər. Həmin akta əsasən də ona əlavə X1yə görə pul hesablamışlar. Aktla tanış olarkən bilmişdir ki, sayğacdan kənar X1 etdiyinə görə ona əlavə pul hesablamışlar. Halbuki, Sovet vaxından onun evinə 3 faza və bir 0 xətt çəkilmişdir. Sayğaclaşma zamanı bir faza və bir 0 xətti ilə evinə sayğac quraşdırılmışdır və digər iki faza kəsilmiş vəziyyətdə saxlanılmışdır. Həmin vaxtdan dəfələrlə baxış keçirilmiş və hər şey qaydasında olmasını ona bildirmişlər. Lakin 04 oktyabr 2023-cü il tarixdə keçirilən baxış zamanı ona bildirmişlər ki, sayğacdan kənar X1 edir. Bununla bağlı bildirir ki, heç vaxt sayğacdan kənar X1 etməmişdir. Odur ki, işıq idarəsinin 04 oktyabr 2023-cü il tarixli RN 304724 saylı aktı etibarsız hesab edilməli, işıqdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onun 71 yaşı var, təqaüdçüdür, tərtib edilmiş akt tam əsassızdır. İdarənin əməkdaşları isə həmin xətti videogörüntüyə alaraq onun sayğacdan kənar xətdən istifadə etdiyini hesab etmiş və barəsində akt tərtib etmişlər. Həmin akta əsasən isə ona elektrik sərfiyyatı hesablanmışdır. Akt tərtib edilsə də, idarənin əməkdaşları ümumiyyətlə araşdırma aparmamış, həmin xəttin nə məqsədlə çəkildiyini, xətdən elektrik enerjisi keçib-keçmədiyini və ümumiyyətlə həmin xəttin sayğacdan kənar xətt olub-olmadığını müəyyən etməmişlər. Sayğacdan kənar xətdən istifadə etməsi isə qeyri mümkündür, barəsində əsassız olaraq tərtib edilmiş akt etibarsız hesab edilməli və əsassız hesablanmış borc silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğac işləmədən evində X1 edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən isə ümumiyyətlə heç bir fakt müəyyən etmək olmur. Belə ki, videogörüntüdə yalnız iddiaçının danışıqları səslənir və aidiyyatsız elektrik naqilləri görüntülənir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə iclasında cavabdeh tərəfdən şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, İddiaçı evinə baxış keçirilən zaman qanunsuz qoşulma aşkar edilmiş bu barədə onun da iştirakı ilə 4 oktyabr 2023-cü il tarixli akt tərtib edilmişdir, akt tərtib edilərkən həmdə videogörüntü də aparılmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli, R 304724 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Şərəfə kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına EEİQ-nin qaydalarına uyğun olaraq baxış keçirilərkən abonent dayağdan mənzilə birbaşa sayğacdan kənar əlavə xətt çəkildiyi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Şərəfə kənd sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 304724) olaraq 889.57 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 04 oktyabr 2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətdən istifadə edilməsi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında 889.57 manat məbləğində sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Belə ki, məhkəmə iclasında "xxxx" ASC tərəfindən təqdim edilmiş CD-ə baxış keçirilərkən idarənin əməkdaşları tərəfindən küçə dirəklərindən asılı vəziyyətdə olan naqilin videogörüntüyə alındığı, daha sonra abonentin həyətində quraşdırılmış sayğacın görünütləndiyi müəyyən edilir. Həmçinin idarənin əməkdaşı görüntünü çəkərkən abonentin sayğacdan kənar xətdən istifadə edildiyini qeyd edir. Lakin həmin görüntü ilə abonentin həqiqətən də sayğacdan kənar xətdən istifadə edib-etmədiyi, naqildən elektrik enerjisinin keçib-keçmədiyi, həmçinin həmin naqilin ümumiyyətlə hansı məqsəd daşıdığı müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli akt ehtimallara əsasən tərtib edilmişdir və həqiqiliyi şübhə doğurur. Odur ki, akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli, R 304724 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 889.57 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3760/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3760/2023
07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver