Məhkəmə qərarları › İş №2(050)-3765/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3765/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3765/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 07 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izhatında iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini qeyd etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar