Məhkəmə qərarları › İş №2(050)-3768/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3768/2023

26.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3768/2023 26.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00373 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 150 manat alimentin onun xeyrinə tutulması, barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən 16 ədəd cehiz əşyalarının və ümumi dəyəri 1900 manat məbləğində olan 4 ədəd qızıl-zinət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Yaşadıqları müddətdə xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdehin təqsiri üzündən ayrılmışlar, övladı onun yanındadır. Ayrıldıqları vaxtdan cavabdeh uşağa baxmamışdır. Valideynlərinin evinə qayıtdığı zaman cavabdehin evində müəyyən cehiz əmlakları və qızıl-zinət əşyaları qalmışdır. Bu səbəbdən o, məcbur olub, nikahın pozulması, uşağın saxlanılması üçün aliment təyin edilməsi, cehiz, qızıl-zinət əşyalarının geri qaytarılması və əmlak tələbi mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən övladı onun yanında saxlanılmaqla, yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması, Maraqlı şəxs ayda iki dəfə olmaqla, ayın istənilən günündə saat 10:00-da X3 ondan təhvil alıb aparması və həmin gün saat 17:00-da təhvil verməsi, barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən cehizlik əşyalarını 10 gün müddətində, qızıl-zinət əşyalarını isə 4 ay müddətində ona qaytarması barədə razılığa gəlmişdilər. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X5 nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Şahbazov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-00373 saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla, onun himayəsinə verilməsi, X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutulması, 2023-cü ilin mart ayının 28-dən başlayaraq, gələn hər ayın 28-dək X6 yetkinlik yaşına çatana qədər, 150 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, Maraqlı şəxs ayda iki dəfə olmaqla, ayın istənilən günündə saat 10:00-da X3 Ərizəçi təhvil alıb özü ilə aparması və həmin gün saat 17:00-da təhvil verməsi, Maraqlı şəxs 25 mart 2023-cü il tarixdən hesablanmaqla, barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən cehizlik əşyalarını 10 gün müddətində, qızıl-zinət əşyalarını isə 4 ay müddətində Ərizəçi geri qaytarması barədə razılığa gəlmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən 16 ədəd cehizlik əşyalarının adları göstərilmiş, ümumi dəyəri 1900 manat məbləğində olan 4 ədəd qızıl-zinət əşyalarının isə hər birinin ayrı-ayrılqda dəyəri göstərilməmişdir. Barışıq sazişinin imzalanmasından 7 aydan artıq bir müddət keçmiş, istər hazıradək, isərsədə gələcəkdə həmin əmlaklar mövcud olmaya bilər və təbii ki, belə bir vəziyyətdə olmayan əşyanın qaytarılmasından söhbət gedə bilməz. MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Barışıq sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentlə bağlı hissəsi qanuni şəkildə bağlanmış, həmçinin saziş həmin hissədə hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi mart ayının 28-dən başalayaraq hər ayın 28-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 oktyabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00373 saylı barışıq sazişi qismən təsdiq edilsin. 28 mart 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-00373 saylı barışıq sazişinin - barışıq sazişinə əlavə edilən 1 saylı əlavədə göstərilən 16 ədəd cehiz əşyalarının və ümumi dəyəri 1900 manat məbləğində olan 4 ədəd qızıl-zinət əşyalarının Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar