Məhkəmə qərarları › İş №2(050)-3861/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3861/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3861/2025 28.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi (maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi, X16 və Maraqlı şəxs3) sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon AİK-nın 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı ilə verilmiş JN-480A kod 80503016 saylı şəhadətnamədə səhv göstərilmiş həyat yoldaşı və qızının adları, adları və soyadı barədə şəxsiyyətlərində göstərilmiş ad, soyad kimi çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon AİK-nın 1998ci il tarixli, 034 saylı qərarı ilə verimiş JN-480A, kod 80503016 saylı şəhadətnamədə səhv göstərilmiş həyat yoldaşı X5 və qızı X6 adları, ata adları və soyadları barədə şəxsiyyətlərində göstərilmiş Maraqlı şəxs3 və X7 göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs3 onun həyat yoldaşı və X18 qızıdır. Masallı rayon X14 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı ilə JN 480 Kod 80503016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyat yoldaşının adı X5 və qızının adı X8 yazılmışdır. Yol verilmiş bu kobud səhvlər hazırda onların bir çox hüquqlarını pozur. Həmin səhvlər onların deyil, həmin şəhadətnaməni tərtib etmiş idarənin və yaxud şəxslərin səhvi ucbatından baş vermişdir. Hazırda həmin sənədi təqdim edib “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən Çıxarış ala bilmirlər. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də, məhkəməyə müraciət etməyi bildirilir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi, X16 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilslərə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-480A Kod 80503016 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı ilə Masallı rayon Boradigah qəsəbə sakinləri Ərizəçi, X3, X20, X21, X22 və X15 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxxx 1963-cü il təvəllüdlü X1 atası X9, anası X10r. Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X4 arasında Masallı rayon Boradigah sovetliyində 08 oktyabr 1981-ci il tarixdə, 50 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü X11 atası Ərizəçi, anası X2r. Nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X18 arasında Masallı RİHB-nın Boradigah qəsəbə ərazi nümayəndəliyində 01 mart 2011-ci il tarixdə, 21 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Talıbov (a) soyadı verilmişdir. Masallı RİHB-nın Boradigah İƏD üzrə nümayəndəsinin və Masallı rayonu Boradigah Bələdiyyəsinin 25 iyun 2025-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, JN-480A, Kod 80503016 saylı şəhadətnamədə texniki səhv olaraq torpaq mülkiyyətçilərindən Maraqlı şəxs3 adı səhvən X5 və Maraqlı şəxs2 adı səhvən X8 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-M-0113- 8/2025 saylı məktubdan görünür ki, JN-480A, Kod 80503016 saylı şəhadətnamədə torpaq mülkiyyətçilərin adlarında düzəliş edilməsi ilə əlaqədar Ərizəçi müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanuna uyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-480A Kod 80503016 saylı şəhadətnamənin Maraqlı şəxs3 və Talıbova (Məmmədova) Pərvin Vasif qızına məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-480A Kod 80503016 saylı şəhadətnamənin Maraqlı şəxs3 və Talıbova (Məmmədova) Pərvin Vasif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar