Məhkəmə qərarları › İş №2(050)-4127/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4127/2023

28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4127/2023 28.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 6480 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ona aid əmlakı faktiki qəbul edərək əmlakdan istifadə etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. Fərdi yaşayış evi təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X9 İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı növbəti dövlət yoxlanması adı ilə çıxarıb yenisi ilə əvəz etmişlər. Sonradan xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yağışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub, sayğac istismara yararsızdır qeyd edilmişdir. Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir. xx.xx.2023cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 6480 m3 qaz sərfıyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 6480 m3 qaz sərfıyyatı silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yağışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması, sayğacın istismara yararsız olması onun təqsiri ucbatından baş verməmiş, nədə ki, sayağca cavabdeh şəxs o, deyil. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Maddi imkanı olmadığı üçün yaranmış borca görə yaşadığı evə verilən təbii qaz kəsilmişdir. Bu səbəbdən də təbii qazdan istifadə edə bilməmişdir. Qaz istifadə etmədiyi halda onun sayğaca hər hansı müdaxilə etməsinin anlamı yoxdur. Mühafizəçi işləyir və günün böyük bir qismini evdə olmur. Anası öldükdən sonrada həmin evdə təkbaşına yaşayır. Çəkiliş aparmadan, şahidlər dəvət etmədən fərziyyə ilə belə bir nəticəyə gəlinərək akt tərtib edərək cərimə hesablanılmışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, anası rəhmətə getdikdən sonra fərdi yaşayış evində o və qardaşı yaşayır. Mübahisəli sayğac həyət daxilində yerləşirdi. Fərdi yaşayış evində həmişə yaşayış olmuşdur. Təbii qazdan az istifadə edirlər. Sayğaca onlar tərəfindən müdaxilə edilməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X2 aid həyət daxilində yerləşən ******* nömrəli qaz sayğacı növbəti Dövlət yoxlanması üçün çıxarılmışdır. Həmin aktın “Digər qeydlər adlanan” hissəsində gpstərilir ki, “sayğacın zavod plombu kəsilib.” Aktın doğruluğu cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçının nümayəndəsinin (hazırki iş üzrə iddiaçı olan - oğlu İddiaçı) imzası ilə təsdiq edilmişdir. 09 sentyabr 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plomb qırılıb, sonra isə yapışqan maddə ilə yapışdırılıb. Sayğac həyət daxilində yerləşir. Cavabdeh Lənkəran X9 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində göstərilir ki, ******* nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. Sayğac istismara yararsızdır. Baş vermiş nöqsan qaz itkisi, müdaxilə kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 6 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 6480 kub/metr itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Sayğac göstəricisi 08/2023-üc il tarixdə 4.68 manat, 06/2022-ci il tarixdən 07/2023-cü il tarix də daxil olmaqla “0” olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü İddiaçı atası X7, anası X3r. Masallı RİHB-ın Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, İddiaçı Masallı rayonu, İsi kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli sayğaca müdaxilə olunması işin mübahisəsiz halıdır. Bunu iş materiallarında olan sənədlər, o cümlədən iddiaçının imzası ilə təsdiq edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt da təsdiq edir. Sayğaca müdaxilənin olmaması nə iddia ərizəsində, nədə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə mübahisələndirilmişdir. İddiaçı iddia edir ki, sayğaca müdaxilədə onun təqsiri yoxdur. İşin mübahəsiz müəyyən olunan hallarına əsasən iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzrəinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca kənar müdaxilə olmadan işləməsi zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət kimi sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışaqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir. Mübahisəli sayğacın zavod plombunun kəsilməsini iddiaçı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı imzalamaqla da təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həyətinin daxilində yerləşən və sayğaca edilmiş müdaxilənin onun özü və ya ailə üzvləri tərəfindən edilməməsini iddiaçı sübut etməlidir. İddiaçı isə sayğaca onun özü və ya ailə üzvləri tərəfindən hər hansı bir müdaxilənin olmaması ilə bağlı məhkəməyə hər hansı boir mötəbər sübut təqdim etməmiş və ya işə baxılarkən həmin halı sübuta yetirə bilməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bundan başqa, abonentin saldosundakı təbii qazın sərfi ilə bağlı göstəricilər də iddianın əsaslı olmasını inkar edir. Belə ki, abonentin saldosundan görünür ki, yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Sayğac göstəricisi 08/2023-cü il tarixdə 4.68 manat, 06/2022-ci il tarixdən 07/2023-cü il tarix də daxil olmaqla “0” olmuşdur. Fərdi yaşayış evində daimi yaşayış olmuşdur. Aktın tərtibində iddiaçının iştirakının təmin edilməməsi ilə bağlı mövqeyə münasibətdə məhkəmə bildirir ki, 09 sentyabr 2023-cü il tarixli, ******* saylı aktda istehlakçının iştirakı ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələlərin qanunauyğun həyata keçirməməsi aktın tərtib etmiş şəxslərin məsuliyyətinə səbəb ola bilər. Lakin bu məsələ Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin məsələ buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir. İş üçün elə əhəmiyyət kəsb etməsədə, mübahisə üzrə iddiaçının obyektivliyi baxımından məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində fərdi yaşayış evində tək yaşadığını göstərir, məhkəmə iclasında verdiyi izahatında isə qardaşı ilə yaşadığını qeyd edir. Təbii qazın sərfiyyatı evdə neçə nəfərin yaşamasından birbaşa asılı olan məsələ deyil. Mümkündür ki, 2 nəfərlik bir evin qaz sərfiyyatı 5 nəfərlik evdən çox olsun. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınının xx.xx.2023-cü il tarixli, 2(106)-643/2023, xx.xx.2023-cü il tarixli, 2(106)-768/2023 saylı qətnamələrində eyni mübahisə üzrə oxşar mövqe göstərilmişdir. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 6480 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar