Məhkəmə qərarları › İş №2(050)-43/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-43/2023

23.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-43/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 aprel 1975-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X10 1993-cü ildə torpaqların düşmən işğalından azad olunması zamanı döyüşlərdə könüllü iştirak etmiş və beynindən travma almışdır.Zaur Əliyev uzun müddət şizofreniya paranoid forma diaqnozu ilə müalicə olunsa da, sağalmamışdır.Qardaşı psixoloji xəstə kimi qeydiyyatdadır.Qardaşına neçə illərdir ki, o, baxır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə qardaşına ikinci qrup əlillik təyin edilmişdir.Qardaşının qulluğunu o, tutmuş, qardaşının gündəlik təlabatı ilə o özü məşğul olmuşdur.Qardaşı hazırda da, evdə müalicə alır.X16 faktiki fəaliyyət qabiliyyəti olmadığından müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı qardaşının hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir.Bu da Zaur Əliyevin hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur.Qardaşına qəyyum təyin edilməyi barədə ərizə ilə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.İcra Hakimiyyətindən isə Zaur Əliyevin fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir.Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hazırda onun qardaşı xx.xx.1975-ci il təvəllüdlü X8 qəyyum təyin edilməsindən ötrü fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi və göstərdi ki, qardaşı Birinci Qarabağ müharibəsində iştirak etmişdir.Müharibə zamanı şizofreniya paranoid forma diaqnozu ilə xəstəxanada yatmışdır, 1993-cü ildə qardaşını Hacıqabul xəstəxanasında tapmış və həmin vaxtdan qayğısına qalmşdır. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinin məhkəmənin mülahizəsinə uyğun həll olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1978-ci ildə Masallı rayonu Xallıcallı kəndində anadan olmuşdur.X1, anası X4r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 15 aprel 1975-ci ildə Masallı rayonu Xallıcallı kəndində anadan olmuşdur.X1, anası X4r. İş materiallarında olan Masallı RİHB-in Qarğalıq kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli, 83 nömrəli arayışından görünür ki, X2 Arif İmanverdi oğlunun himayəsindədir və hal-hazırda Masallı rayonu Xallıcallı kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Hərbi həkim komissiyasının xx.xx.2009-cu il tarixli 29 saylı arayışından görünür ki, X7 "Qıcolma tutmaları ilə gedən epilepsiya" diaqnozunun təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, X10 "Şizofreniya paranoid forma" diaqnozu ilə İİ dərəcə əlil olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 3257 saylı rəydə qeyd edilmişdir ki, X7 "Şizofreniya paranoid forma" xroniki psixi xəstəliyi müəyyən olunmuşdur.X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir və o, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar ilə müəyyən olunur ki, X10 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 15 aprel 1975-ci ildə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 15 aprel 1975-ci ildə Masallı rayonu Xallıcallı kəndində anadan olmuş, subay, Masallı rayonu Xallıcallı kəndində qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar