Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-4457/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı Masallı rayon X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: Əliyev X3 rayon X1rşı borcun silinməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı özünün və cavabdehin hüquqi ünvanını ümumi olaraq Masallı şəhəri kimi göstərsə də, yaşayış evinin dəqiq nömrəsi, habelə mobil nömrələr qeyd olunmamışdır. Bununla da o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciə edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldim: İddiaçı Masallı rayon X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-4457/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-4457/2023
18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver