Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-451/2023 14.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, R 261791 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 622,75 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Bədəlan kəndində mərhum əri X1 məxsus evdə yaşayır, əri vəfat etmiş, əri vəfat etdikdən sonra ona aid əmlakı faktiki qəbul edərək əmlakdan istifadə etmişdir. Yaşadığı fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuş və o, da hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini taarif planına uyğun dəyərini ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirirərək, xx.xx.2022-ci il tarixli, R 261791 saylı akt tərtib edilmişlər. Aktda sayğacdan kənar xətt vasitəsi ilə istifadə edildiyi qeyd edilmiş və buna görə 622,75 manat borc hesablanmışdır. Onun, sahə nəzarətçisinin, şahidin iştirakı olmadan qanunsuz olaraq akt tərtib edilmişdir. Kənar xəttdən istifadə etməmiş, bunu təsdiq edəcək hər hansı bir sübut yoxdur. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 337.3, 560.1, 560.2, 560.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.1, 8.2, 8.13 və 8.14-cü bəndlərinə istinad edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, R 261791 saylı aktın yazılmasına səbəb sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi olmuşdur. Sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsini təsdiq edən video görüntü var. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə1 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, X2 ilə X3 arasında xx.xx.1970-cı il tarixdə Masallı rayon Bədəlan kənd İƏD-si üzrə nümayəndəliyində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Yusubov (a) soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X2 xx.xx.2011-ci ildə ölmüşdür. xx.xx.2022-ci il tarixli, R 261791 saylı aktda göstərilir ki, axşam reydi zamanı abonentin sayağacına baxış keçirilən zamanı məlum oldu ki, abonent 1 ədəd ştepsel rozetkasından sayağacdan kənar xətt vasitəsilə istifadə edir. Naqilin en kəsiyi ölçüsü 6 mm2-dir, fakt videocəkilşdə qeyd olunmuşdur. Komissiya tərəfindən təsdiq edilmiş hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R 261791 saylı akta əsasən 35 gün üçün 622,75 manat əlavə sərfiyyat hesablanmışdır. "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş video CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı abonentin sayağacdan kənar xətt vasitəsilə istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən aktın və həmin akta əsasən hesablanmış borcun əsassızlığı işin araşdırılması zamanı təsdiqini tapmamışdır. İşdə olan sübutlar, o cümlədən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş video CD-yə baxış keçirilərkən "xxxx" ASC-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı abonentin sayağacdan kənar xətt vasitəsilə istifadə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək sübut təqdim edilməmiş və ya işin araşdırılması zamanı sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli, R 261791 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 622,75 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-451/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-451/2023
14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver