Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-46/2025 14.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 oktyabr 1973-cü ildə Masallı rayonunda anadan olmuş əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərdi ki, o, Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır. X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddət ərzində iki nəfər uşaqları olmuşdur. X10 əvvəllər sağlam olsa da, sonradan səhhətində bir neçə xəstəliklər aşkar olunmuş, ona xəstəli ilə əlaqədar ikinci qrup əlillik təyin edilmişdir. Bir neçə ölkədə xəstəliyi ilə bağlı müalicə olunsa da, getdikcə daha da pisləşmişdir. Hazırda X10 onunla birlikdə yaşayır və ikinci qurup əlildir. Şəmsi Həsənov hazırda şizofreniya, paranoid forma və natamam remissiya fazası olan xəstəlikdən əziyyət çəkir. Əri Şəmsi hazırda fəaliyyət qabiliyyətsizdir, öz hərəkətlərini idarə edə bilmir və etdiyi hərəkətlərin nəticəsini dərk etmir. Əri Şəmsi fəaliyyət qabiliyyətsiz hesab edilərsə dövlət tərəfindən onun üçün müəyyən edilmiş imtiyazlara malik olacaqdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 25 oktyabr 1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasında sonuncu müaynəyə dair məlumatdan görünür ki, X7 əmək qabiliyyətsiz olmaqla “Şizofreniya paranoid forma, natamam remissiya fazasında” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin 28 Noyabr 2024-cü il tarixli, 5270 saylı ekspert rəyindən görünür ki, X4 şizofreniya paranoid forma şəxsiyyətinin qüsur əlamətləri ilə xroniki ruhi xəstəlik müəyyən edilir. X4 xəstəliyin uzun müddət davam etməsi, psixi vəziyyətinin dəfələrlə kəskinləşməsi, onda şizofreniya əlamətləri ilə keçən psixotik vəziyyətlərinin dəfələrlə təkrarlanması, şəxsiyyətin qüsurunun formalaşması, həmçinin onun psixi vəziyyətinin xronik hala keçərək onu əmək qabiliyyətsiz etməsi belə qənaətə gəlməyə əsas verir ki, X7 həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işdə olan tibbi sənədlərdə X5 təqdim edilmiş tibbi sənədlərə əsasən 2018-ci ildə “Şizofreniya paranaoid forma, psixi qüsur halı” diaqnozu təyin edildiyindən onun həmin ildən fəaliyyət qabiliyyətsiz olması qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 25 oktyabr 1973-cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 oktyabr 1973-cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-46/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-46/2025
14.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver