Məhkəmə qərarları › İş №2(050)-468/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-468/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-468/2023 15.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə 0,32 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktının X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,32 ha torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktı tərtib edilmişdir. Dövlət aktında atasının adı “X9” deyil “X8” kimi qeyd edilmişdir. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə göstərilən nöqsana görə sənədləşmə edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Həmin sənədi verən Dövlət orqanı artıq mövcud olmadığından pozulmuş hüququn müdafiəsi başqa cür mümkün deyil. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin olunması ilə bağlı qətnamə çıxarlımasını xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş: “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarına əsasən X4, X2, X7, X3 və Ərizəçi kənd təsərüffatı məhsullarının istehsalı üçün 0,32 hektar torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur, atası X9, anası X5r. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2520 saylı arayışdan görünür ki, “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktında adı keçən X8 - X1 yazılmalıdır. Həmin adam eyni şəxsdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2015-ci il tarixdə Masallı RİHB-nın Ərkivan qəsəbə ərazi nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********60 saylı məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-392 saylı Dövlət aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,32 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktının X6 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,32 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-392 Kod 80500018 saylı Dövlət aktının X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar