Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-471/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə. Ərizəçi 01 may 1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1993-cü il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 may 1993-cü il təvəllüdlü bacısı X5 üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi və davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Ətrafların tetraplegiyası, informasiyanın mənimsənilməsnin tamamilə mümkünsüz olması, yaxın qohumlarını tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyündən ətrafdakıların kömək və qulluğuna ehtiyacı vardır. Qızının dəfələrlə müalicə olunmasına baxmayaraq, bu günə kimi onun səhhətində irəliləyiş olmamışdır. O, öz hərəkətlərini dərk etmir, öz hərəkətlərinin nə ilə nəticələnəcəyini başa düşmür. Qızı anadan olandan psixi və fiziki qüsurları vardır. Əmək qabiliyyətsizdir, ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Birinci qrup əlildir. Öz hüquqlarını müdafiə etmək iqtidarında deyildir. Bu səbəbdən ona qəyyum təyin edilməlidir. Odur ki, serebral iflic xəstəliyindən əziyyət çəkən qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini, məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 izahatında bildirdi ki, rəy və materiallarla tanış olmuş, rəy ilə razıdır. Aytəkin Axundovanın qəyyuma ehtiyacı vardır. Ona görə də ərizənin təmin olunmasını xahiş edir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 may 1993-cü ildə doğulmuşdur. Onun atası X6, anası Ərizəçidır. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, 01 may 1993-cü il təvəllüdlü X3 baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi və davranış pozuntuları diaqnozu ilə İ qrup əlil kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik hüquqi şəxsin Qiyabi sənədlər üzrə Məhkəmə Psixiatrik Ekspertizasının 21 fevral 2023-cü il tarixli, 492 saylı rəyindən görünür ki, X3 baş beyinin üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi və davranış pozuntuları qeyd edilir. X5 öz hərəktlərini şüurlu ölçüb-biçmək, onlatrı idarə etmək iqtidarında deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə 01 may 1993-cü il təvəllüdlü X2 məhkəmə iclasında iştirakını zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 may 1993-cü il təvəllüdlü X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-471/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-471/2023
24.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver