Məhkəmə qərarları › İş №2(050)-474/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-474/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-474/2024 29.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, QAZAN DƏSTİ CANALİ MARELLA 9 PARCAMOR, MİNİ SOBAHOFFMANN üçün 502 manat ödənilməmiş hissə,50 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PANASONİC, MİNİ SOBAHOFFMANN üçün 432.24 manat ödənilməmiş hissə, 43.76 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66632 HUAWEİ Y5 LİTE - AMBER BROWN markalı telefon üçün 254.10 manat ödənilməmiş hissə, 25.90 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, olan İmei kodu **********81664 SAMSUNG GALAXYA21S markalı telefon üçün 175.96 manat ödənilməmiş hissə, 17.04 manat cərimə borcu olmaqla cəmi 1501 manat borcun və 35.01 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, QAZAN DƏSTİ CANALİ MARELLA9 PARCAMOR, MİNİ SOBAHOFFMANN, TOZSORAN PANASONİC, MİNSOBAHOFFMANN, İmei kodu **********66632 HUAWEİ Y5 LİTE-AMBER BROWN markalı telefon, İmei kodu **********81664 SAMSUNG GALAXY A21S markalı telefon almış və nəticədə 1501 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ CANALİ MARELLA 9 PARCA MOR, MİNİ SOBA HOFFMANN üçün 552 manat olmaqla ondan, 502 manat ödənilməmiş hissə,50 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 592.80 manat (12 ay x 49.4 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN PANASONİC, MİNİ SOBA HOFFMANN üçün 476 manat olmaqla ondan 432.24 manat ödənilməmiş hissə, 43.76 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 277.20 manat (12 ay x 23.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********66632 HUAWEİ Y5 LİTE - AMBER BROWN markalı telefon üçün 280 manat olmaqla ondan 254.10 manat ödənilməmiş hissə, 25.90 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 627.40 manat (12 ay x 35.2 manat + 205 manat ilkin ödəniş) olan İmei kodu **********81664 SAMSUNG GALAXY A21S markalı telefon üçün 193 manat olmaqla ondan 175.96 manat ödənilməmiş hissə, 17.04 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1089.54 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli, 21044279 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh İmei kodu **********81664 SAMSUNG GALAXYA21S markalı telefon verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 22107885 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh TOZSORAN PANASONİC, MİNİ SOBAHOFFMANN verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 22125155 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh İmei kodu **********66632 HUAWEİ Y5 LİTE - AMBER BROWN markalı telefon verilmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli, 21044279 nömrəli müqavilənin surətindən görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh QAZAN DƏSTİ CANALİ MARELLA 9 PARCAMOR, MİNİ SOBAHOFFMANN verilmişdir. İşdə olan bildirişdən görünür ki,Cavabdeh xx.xx.2023-ci il tarixli, 21044279, xx.xx.2020-ci il tarixli, 22107885, xx.xx.2020-ci il tarixli, 22125155 və xx.xx.2023-ci il tarixli, 21044279 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 35,01 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, QAZAN DƏSTİ CANALİ MARELLA9 PARCAMOR, MİNİ SOBAHOFFMANN, TOZSORAN PANASONİC, MİNSOBAHOFFMANN, İmei kodu **********66632 HUAWEİ Y5 LİTE-AMBER BROWN markalı telefon, İmei kodu **********81664 SAMSUNG GALAXY A21S markalı telefon almış və nəticədə 1501 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ CANALİ MARELLA 9 PARCA MOR, MİNİ SOBA HOFFMANN üçün 552 manat olmaqla ondan, 502 manat ödənilməmiş hissə,50 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 592.80 manat (12 ay x 49.4 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN PANASONİC, MİNİ SOBA HOFFMANN üçün 476 manat olmaqla ondan 432.24 manat ödənilməmiş hissə, 43.76 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 277.20 manat (12 ay x 23.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********66632 HUAWEİ Y5 LİTE - AMBER BROWN markalı telefon üçün 280 manat olmaqla ondan 254.10 manat ödənilməmiş hissə, 25.90 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 627.40 manat (12 ay x 35.2 manat + 205 manat ilkin ödəniş) olan İmei kodu **********81664 SAMSUNG GALAXY A21S markalı telefon üçün 193 manat olmaqla ondan 175.96 manat ödənilməmiş hissə, 17.04 manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22118278 nömrəli müqaviləyə əsasən 502 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli, 22107885 nömrəli müqaviləyə əsasən 432.24 manat ödənilməmiş hissə, 43.76 manat cərimə, xx.xx.2020-ci il tarixli, 22125155 nömrəli müqaviləyə əsasən 254.10 manat ödənilməmiş hissə, 25.90 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21044279 nömrəli müqaviləyə əsasən 175.96 manat ödənilməmiş hissə, 17.04 manat cərimə borcu olmaqla cəmi 1501 manat və 35.01 manat ödənilmiş dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar