Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-478/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Nümayəndə, Ərizəçi4 və Ərizəçi5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Nümayəndə, Ərizəçi4 və Ərizəçi5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin verilməsinə dair JN 126F Kod 80513028 nömrəli şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 sayli qərarı ilə JN 126F Kod 80513028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə fərdi yaşayış evinin tikintisi məqsədi ilə onlara Masallı şəhərində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onların soyadı Bağışov (Bağışova) əvəzinə səhvən (texniki səhv) Baxışov (Baxışova) və Alışova kimi qeyd edilmişdir. Eyni zamanda Ərizəçi2 adı Ruhəngiz əvəzinə səhvən Xatirə kimi, Ərizəçi5 adı Dürriyə əvəzinə səhvən Düryə kimi, Nümayəndə adı Elmin əvəzinə səhvən Elvin kimi, Ərizəçi4 adı Emil əvəzinə səhvən Emin kimi qeyd edilmişdir. Yol verilmiş bu səhv isə onların mülkiyyət huquqlarını pozur. Baxmayaraq ki, həmin səhv onların deyil, həmin şəhadətnaməni tərtib etmiş şəxslərin səhvi ucbatından baş vermişdir. Hazırda həmin şəhadətnaməni təqdim edib Dövlet reyestrindən çıxarış ala bilmirlər, çünki şəhadətnamədə səhv var. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsələr də, məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları:
3. Məhkəmənin hazırlıq iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi, ərizəçi Nümayəndə ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçilər və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ərizəçi5 və maraqlı şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 nümayəndəsi, ərizəçi Nümayəndə 27 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar ölkə hüdudlarından kənarda olacağı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
5. Belə olan halda, məhkəmə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
6. Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin verilməsinə dair JN 126F Kod 80513028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Qodman kənd sakini – X23, X7, X8, X3, X9 və X12 Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin Ərizəçi1 nümayəndəsi X13 ünvanlanmış 12 dekabr 2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan 0.20 ha torpaq sahəsinə aid JN 126F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan hüquq sahiblərinin soyadına və adına düzəliş olunması ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarının səlahiyyətindədir.
8. İİİ-ЖГ seriyalı 398915 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X10 17 sentyabr 1984-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə Masallı rayon Qodman kənd sovetliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 27 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bağışova” soyadı verilmişdir.
9. 467244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 10 avqust 1996-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X19 qeyd edilmişdir.
10. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X24, ana qrafasında X21 qeyd edilmişdir.
11. Xİ-ЖГ seriyalı 253174 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx xxx 1985-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi1, ana qrafasında Ərizəçi2 qeyd edilmişdir.
12. Xİ-ЖГ seriyalı 497889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxxxxx 1986-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi1, ana qrafasında X10 qeyd edilmişdir.
13. Xİİİ-ЖГ seriyalı 270198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi1, ana qrafasında X10 qeyd edilmişdir.
14. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur.
15. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxx 1985-ci il tarixdə anadan olmuşdur.
16. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxxxxx 1986-cı il tarixdə anadan olmuşdur.
17. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur
18. Masallı rayon Qodman Bələdiyyəsi, Masallı rayon İcra hakimiyyəti Başçısının Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ərizəçi1 tərəfindən tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN 126F saylı, Kod ********) torpaq mülkiyyətçilərindən aşağıdakı şəxslərin adında, soyadı və ata adında texnikisəhvə yol verilmişdir. Şəhadətnamədə 2-ci sırada yazılmışdır - X15, yazılmalıdır - Ərizəçi1, Şəhadətnamədə 3-cü sırada yazılmışdır – X16, yazılmalıdır – Ərizəçi2, Şəhadətnamədə 4-cü sırada yazılmışdır – X14, yazılmalıdır – Ərizəçi5, Şəhadətnamədə 5-ci sırada yazılmışdır – X17, yazılmalıdır – Nümayəndə, Şəhadətnamədə 6-cı sırada yazılmışdır – X20, yazılmalıdır – Ərizəçi4.
19. 07 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən olundu ki, JN 126F Kod 80513028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Masallı rayonu, Qodman kənd sakini – X23, X7, X8, X3, X9 və X12 Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.20 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. JN 126F Kod 80513028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ərizəçi1 soyadı “Baxışov”, Ərizəçi2 adı və soyadı “Alışova Xatirə”, Ərizəçi5 adı və soyadı “Düryə Baxışova”, ərizəçi Nümayəndə adı və soyadı “Elvin Baxışov”, Ərizəçi4 adı və soyadı “Emin Baxışov” kimi qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
1. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
25. Ərizəçilər tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, X1 “Bağışov”, X5 adı və soyadı “Ərizəçi2”, X2 adı və soyadı “Ərizəçi5”, X6 adı və soyadı “Nümayəndə”, X11 adı və soyadı “Ərizəçi4”dur. Odur ki, həqiqətən də, JN 126F Kod 80513028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçilərin ad və soyadları səhv yazılmışdır və ərizəçilər həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmirlər.
26. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə xərcləri:
27. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçilərə aid edilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 126F Kod 80513028 nömrəli şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Nümayəndə, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Masallı rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixll 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 126F Kod 80513028 nömrəli şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Nümayəndə, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov