Məhkəmə qərarları › İş №2(050)-486/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-486/2024

23.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-486/2024 23.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə2, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, 23 dekabr 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 dekabr 2005-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 23 dekabr 2005-ci il təvəllüdlü X2 Federasiyasında doğulmuş və onunla birlikdə Masallı rayonu, Hacıtəpə kəndində yaşayır. X1 spastik serebral iflic xəstəliyindən əziyyət çəkir və bu diaqnozla qeydiyyatdadır. Hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə2 ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısı qızı X6 müddətsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması bacısı qızının vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də uşağın fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Nümayəndə2 ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, ekspert rəyindən də görünür ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Sonra Nümayəndə1 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, Rusiya Federasiyasında doğulmuş 23 dekabr 2005-ci il təvəllüdlü X3 atası X9, anası Ərizəçidır. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi atası X5, anası X10r. Doğum haqqında arayışdan görünür ki, Nümayəndə2 atası X5, anası X10r. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 23 dekabr 2005-ci il təvəllüdlü X6 “Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 518 saylı rəyindən görünür ki, 23 dekabr 2005-ci il təvəllüdlü X4 təqdim olunmuş tibbi sənədlərə əsasən “ağır dərəcəli əqli gerilik” qeyd olunur. X4 “ağır dərəcəli əqli gerilik” qeyd olunduğundan, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psizi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas vardır. X6 erkən yaşlarından psixi inkişafdan geri qaldığından onun həyatının heç bir dövründə fəaliyyət qabiliyyətli olmadığı müəyyən edilir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 518 saylı rəyindən görünür ki, 23 dekabr 2005-ci il təvəllüdlü X4 təqdim olunmuş tibbi sənədlərə əsasən “ağır dərəcəli əqli gerilik” qeyd olunur. X4 “ağır dərəcəli əqli gerilik” qeyd olunduğundan, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psizi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas vardır. X6 erkən yaşlarından psixi inkişafdan geri qaldığından onun həyatının heç bir dövründə fəaliyyət qabiliyyətli olmadığı müəyyən edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 dekabr 2005-ci il təvəllüdlü Rusiya Federasiyasında doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar