Məhkəmə qərarları › İş №2(050)-517/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-517/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-517/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4785 manat əsas, 239.25 manat faiz, 1435.50 manat cərimə, cəmi 6459.75 manat və 86 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli lizinq nüqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan “Lada Granta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 fevral 2021-ci il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili 28 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2021-ci ilin mart ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2021-ci ilin oktyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırmışdır. 01 oktyabr 2022-ci il tarixinə Cavabdeh 6459.75 manat borcu vardır. Bundan əlavə lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faiz həcmində faiz borcu ödəməlidir.” 6459.75 manat borcun 01 oktyabr 2022-ci il tarixinə illik 5 faizi həcmində hesablanmış faiz borcu 239.25 manat, cərimə borcu bir aylıq ödənişin 1 faizi həcmində bir günü 4.35x330 gün=1435.50 manat təşkil edir. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. MM-nin 445.1-ci maddəsinə görə icrasını gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. 01 oktyabr 2022-ci il tarixədək Cavabdeh İddiaçı ASC-nə 4785 manat əsas, 239.25 manat faiz, 14350.50 manat cərimə, cəmi 6459.75 manat borcu vardır. Odur ki, həmin məbləğlərin cavabdehdən tutulması, lizinq müqaviləsini ləğv olunması və avtomobilin qanunsuz istifadədən alınaraq qaytarılması xahiş olunur. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, işə iştrakı olmadan mahiyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və vəkili vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında Cavabdeh vəkili Vəkil iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 15 fevral 2021-ci il tarixli, 1 nömrəli Uzun müddətli icarə (Daxili Lizinq) müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 28 ay müddətinə icarəyə götürmüşdür. Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh 21 mart 2021-ci il tarixdən 21 iyun 2023-cü il tarixədək 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 435 manat, ümumilikdə isə 12180 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməlidir. Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən lizinq şirkətinə 30 mart 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək hər ay 435 manat, 22 oktyabr 2021-ci tarixdə 870 manat, cəmi 3480 manat pul ödənilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 15 fevral 2021-ci il tarixli, 1 nömrəli Uzun müddətli icarə (Daxili Lizinq) müqaviləsi üzrə 01 oktyabr 2022-ci il tarixə 4785 manat əsas, 239.25 manat faiz, 14350.50 manat cərimə, cəmi 6459.75 manat borcu vardır. Borcun tələbi və lizinq müqaviləsinin ləğvi haqqında bildirişdən məktubundan görünür ki, 14 iyul 2022-ci il tarixdə borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi barədə cavavbdehə xəbərdarlıq edilmişdir. Qəbul aktından görünür ki, 15 fevral 2021-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh “Lada Granta” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobil təhvil verilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 86 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 fevral 2021-ci il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Granta” markalı **-PR- *** dövlət nömrə nişanlı avtomobili 28 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2021-ci ilin mart ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 435 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2021-ci ilin oktyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırmışdır. 01 oktyabr 2022-ci il tarixinə Cavabdeh 6459.75 manat borcu vardır. Bundan əlavə lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faiz həcmində faiz borcu ödəməlidir.” 6459.75 manat borcun 01 oktyabr 2022-ci il tarixinə illik 5 faizi həcmində hesablanmış faiz borcu 239.25 manat, cərimə borcu bir aylıq ödənişin 1 faizi həcmində bir günü 4.35x330 gün=1435.50 manat təşkil edir. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. MM-nin 445.1-ci maddəsinə görə icrasını gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. 01 oktyabr 2022-ci il tarixədək Cavabdeh İddiaçı ASC-nə 4785 manat əsas, 239.25 manat faiz, 14350.50 manat cərimə, cəmi 6459.75 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. (maddə 443.1).Borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1. və 748-11.2.-ci maddələrinə görə lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -lizinq obyektinin amortizasiya ödənişləri; -lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -lizinq verənin mükafatının məbləği; -lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -lizinq verənin əlavə xidmətlərinin haqqı; -lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizing müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq, lizinq müqavilsi üzrə öhdəliyinin icra edilməsinə marağı itdiyinə görə lizinq müqaviləsi üzrə öhdəliyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüququ yaranmışdır. Ona görə də yaranmış əsas borc məbləği cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməli və müqavilə üzrə öhdəliyə vaxtından əvvəl xitam verilməlidir. Məhkəmə cərimə tələbinə münasibətdə işin hallarını nəzərə alaraq qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Məhkəmə cavabdehin maddi vəziyyətini və işin hallarını nəzərə alaraq qeyd edir ki, 1435,50 manat əsas borca münasibətdə yüksək məbləğdir, ona görə də cərimə məbləği azaldılmalı və 200 manat həddində tutulması qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, 1 nömrəli Uzun müddətli icarə (Daxili Lizinq) müqaviləsi ləğv edilsin. 15 fevral 2021-ci il tarixli, 1 nömrəli Uzun müddətli icarə (Daxili Lizinq) müqaviləsi üzrə Cavabdeh 4785 manat əsas, 239.25 manat faiz, 200 manat cərimə, cəmi 5224,,25 manat və 86 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC-nin mülkiyyətində olan “Lada Granta” markalı **-PR-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar