Məhkəmə qərarları › İş №2(050)-523/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-523/2023

02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-523/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, R 280623 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 622,78 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini taarif planına uyğun ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC tərəfindən 14 dekabr 2022-ci il tarixdə yazılmış R 280623 saylı akta əsasən 622,78 manat məbləğində cərimə edilmişdir. Bildirilmişdir ki, guya sayğacdan kənar müdaxilə etmişdir. Mütəxəssis gəlib sayğaca baxış keçirərək, kənar xəttin olmadığını demiş, daha sonra bildirilmişdir ki, dəqiqləşdirib məlumat veriləcəkdir. Müdir Samir müəllimin qəbulunda olmuş, Samir müəllim birinin adı Qılman olan iki nəfər şəxsi onunla birlikdə sayağaca baxış keçirmək üçün göndərmişdir. Həmin şəxslər ona bildirmişlər ki, sayağaca heç bir müdaxilə olmamışdır. O, bütün bunları mobil telefonu vasitəsi ilə çəkmişdir. Həmin çəkilişi CD diskə ataraq işə əlavə etmişdir. Bundan bir neçə gün sonra bilmişdir ki, 622,78 manat məbləğində cərimə hesablanmışdır. Tərtib edilmiş akt ona verilməmişdir. Cavabdehin onun kənar xətt çəkməsini sübut edəcək hər hansı bir sübutu yoxdur. Masallı EŞ-nin vətəndaşın barəsində akt tərtib etmək səlahiyyəti yoxdur. Çünki, Masallı EŞ hüquqi şəxs deyildir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 337.3, 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.1, 8.2, 8.13 və 8.14-cü bəndlərinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, elektrik xəttinin CD diskdəki kimi qoşulması onun tərəfindən deyil, elektrik ustası tərəfindən qoşulmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, R 280623 saylı aktın yazılmasına səbəb sayğacın qoşulma sxeminin pozularaq, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi olmuşdur. Bunu təsdiq edəcək video görüntü var. Həmin faktı iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildə elektrik xəttinin qoşulma vəziyyəti, həmçinin 3 ədəd avtomatın olması da sübut edir. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, R 280623 saylı aktda göstərilir ki, abonent ona məxsus fərdi yaşayış evində quraşdırılmış PAUD SMART tipli elektrik sayağacını sxemdən kənarlaşdırmış və sayağacdan kənar birləşdirici vasitəsilə (peremçka) elektrik enerjisindən istifadə edilir. Naqilin en kəsiyi ölçüsü 6 mm2-dir. Təsdiq edilmiş hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R 280623 saylı akta əsasən 35 gün üçün 622,79 manat əlavə sərfiyyat hesablanmışdır. Təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, abonent ona məxsus fərdi yaşayış evində quraşdırılmış PAUD SMART tipli elektrik sayağacını sxemdən kənarlaşdırmış və sayağacdan kənar birləşdirici vasitəsilə elektrik enerjisindən istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən aktın və həmin akta əsasən hesablanmış borcun əsassızlığı işin araşdırılması zamanı təsdiqini tapmamışdır. İşdə olan sübutlar, o cümlədən təqdim edilmiş CD-yə baxış keçirilərkən "xxxx" ASC-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı abonentin elektrik sayağacını sxemdən kənarlaşdırması və sayağacdan kənar birləşdirici vasitəsilə elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək sübut təqdim edilməmiş və ya işin araşdırılması zamanı sübuta yetirilməmişdir. İddiaçı birbaşa olmasa da qeyd edilən edilən nöqsanı dollayı yolla təsdiq edərək, elektrik xəttinin CD diskdəki kimi qoşulmasının onun tərəfindən deyil, elektrik ustası tərəfindən qoşulmasını bildirsədə, bunu sübut edə bilməmişdir. İddiaçının iddia etdiyi kimi onun iradəsinə zidd hər hansı bir şəxsin abonentin xeyrinə sayğacın qoşulma sxemini pozan hərəkət etməsi qəbul edilən deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli, R 280623 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 622,78 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar