Məhkəmə qərarları › İş №2(050)-53/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-53/2025

01.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-53/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası 01 iyul 2025-ci il tarixə təyin edilmiş, İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. 260.4-cü maddəsinə əsasə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2019/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin məcəllənin 260.3-cü maddəsinə əsasən məhkəmə mülki işin baxılmamış saxlanmasına dair qərardad qəbul edərkən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Odur ki, İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının xərci 50 (əlli) manat pul alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı məhkəmə tikinti-texniki ekspertiza xərci kimi hesablanmış 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar