Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-537/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «borcun azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evinin təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 27 dekabr 2022-ci il tarixdə “Azəriqaz" X3 X4 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacdan kənar qaz xətti aşkar olunmuş ona 27 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 35275 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Onun həyətindən keçən qeyri-qanuni qaz xəttinə görə ona cərimə yazmışlar. Qaz xəttindən onun məlumatı olmamışdır. Lakin cərimənidə düzgün yazmamışlar. Yəni onun il ərzində istifadə etdiyi qazdan 10 dəfə artığını yazmışlar. Cavabdeh təşkilatın aktda göstərdiyi kub metr heç bir əsasa uyğun deyildir. İdarə nəyə istinad edərək cəriməni hesablamışdır bilinmir. Kombinin iş rejimini 88 günlə hesablamışlar. Lakin o, işi ilə əlaqədar qışın çox hissəsini Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Qənaətli su qızdırıcının da iş rejimini 24 saat səhv hesablamışlar. Ona görə ki, su qızdırıcı 24 saat işləmir, lazım olanda yandırılır. PQ-3 də 24 saat hesablamışlar. Evdə 24 saat 4 piltə qaz yandırılır. Hansı əsasla kub metri hesablamışlar onuda bilmir. İdarənin işçiləri hansı yolla olursa olsun formal 35275 kub metri hesablanıb çıxardılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat veərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı qanunsuz olaraq qazdan istifadə etmişdir. İddiaçının qazdan qanunsuz olaraq istifadə etməsi idarənin əməkdaşlarının və şahidlərin iştirakı ilə aşkar edilmiş və buna dair çəkiliş aparılmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan “Azəriqaz” X1 X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Qaz işlədicilərinin PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, Kombi maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 88 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 35275 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Azəriqaz” X1 X4 İdarəsi tərəfindən təsdiq edilmiş 27 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayağacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar olunmuş, itirilmiş təbii qazın dəyərinin hesablanması və ödəməsinin təmin edilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayına 3835.80 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş CD görüntüsündən görünür ki, sayğacdan kənar qaz xətti qoşulması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Məhkəmə iddaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddiasının əsaslı olmaması qənaətinə gələrkən qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan İddiaçı 2023-cü il ərzində müəyyən məbləğlərdə qaz sərfiyyatına görə pul vəsaitləri ödəmiş olduğunu, 2023-cü ilin yanvar ayına kimi isə ümumiyyətlə heç bir vəsait ödəmədiyi müəyyən edilir. Həmçinin iş materialları ilə o da müəyyən olunur ki, abonent həqiqətən də sayğacının mənfiyə işləmiş olduğunu bildiyini etiraf etmidir. Bundan başqa abonent yaranmış borc məbləğinin əsassız hesablanmış olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «borcun azaldılması» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-537/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-537/2023
09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver