Məhkəmə qərarları › İş №2(050)-559/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-559/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-559/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar islahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona və ailə üzvlərinə 1.26 hektar torpaq sahəsinin verilməsinə dair JN 228 Kod 80520069 nömrəli Dövlət Aktının Ərizəçi və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar islahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarı ilə JN 228 Kod 80520069 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona və ailə üzvləri ilə birlikdə 1.26 hektar torpaq sahəsi verilmişdir. Dövlət Aktında onun, yəni Ərizəçi ata adı Fəxrət əvəzinə səhvən Fikrət kimi qeyd edilmişdir. Həmçinin həmin Dövlət Aktında qızı X7 adı Samirə əvəzinə səhvən Samilə kimi qeyd edilmişdir. Həmçinin, X17 xx.xx.2006-cı ildə X6 ilə rəsmi nikaha daxil olduğum üçün soyadı ərinin soyadına Məmmədovaya dəyişdirilmişdir. Yol verilmiş bu səhv isə onun və ailəsinin mülkiyyət hüquqlarını pozur. Belə ki, həmin aktı təqdim edib Dövlət Reyestrindən Çıxarış ala bilməmişlər, çünki aktda səhv olmuşdur. Bnunla bağlı müvafiq dövlət orqanına müraciət edilsə də məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan JN-228, Kod 80520069 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Ərizəçi Fikrət oğluna, X2, X11, X12, X14, X15 1.26 hektar kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ərizəçiyə verilmiş **********01 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-228 nömrəli Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X17 23 iyun 1981-ci ildə Masallı rayonu Təklə kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1959cu ildə Masallı rayonu Xoşçobanlı kəndində anadan olmuşdur. X4, anası X8r. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X17 arasında 19 yanvar 2006-cı il tarixdə Masallı rayon Təklə ərazi üzrə nümayəndəliyində 02 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X18 27 yanvar 1999-cu il tarixdə üzək çatışmamazlığı səbəbindən Masallı rayonu Təklə kəndində ölmüşdür. İş materiallarında olan Masallı RİHB-nın Təklə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-228, Kod 80520069 nömrəli X25 Valeh Fikrət oğlu- Ərizəçi, X19-X1 yazılmalı və oxunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçilər qeyd olunan faktı, yəni sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair JN 228 Kod 80520069 saylı Dövlət Aktının Ərizəçi və X10 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair JN 228 Kod 80520069 saylı Dövlət Aktının Ərizəçi və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar