Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-580/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfındən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 280617 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 106.46 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X2 Qaydalar”na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini taarif planına uyğun dəyər ilə ödəmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirdilər və xx.xx.2022-ci il tarixli 280617 saylı akt tərtib etmişlər və həmin akta görə elektrik sayğacının alt qapaq möhürü yerində yoxdur, qırılmışdır kimi qeyd edilmişdir. Buna görə onu 106.46 manat həcmində cərimələmişlər. O, Elekrtik İdarəsinin tərtib etdiyi aktla razılaşmır. Həmin akt qanunsuz və əsassızdır, buna görə də ləğv olunmalıdır. Belə ki, o, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Məhkəmədən işin düzgün və obyektiv araşdırılmasını xahiş etmişdir. O, sayğaca hər hansı müdaxilə etməmiş, sayğacı zədələməmişdir. Sayğacdan kənar isə heç bir xətt çəkməmişdir. Qeyd olunanlar bir uydurma və yalandır ki, Elekrtik İdarəsi tərəfındən onu günahlandırmışlar. Həmçinin onun evinə və ümumiyyətlə kəndində qoyulan elektrik sayğaclarının müddəti bitmişdir. Belə olduğu təqdirdə Elektrik İdarəsinin əməkdaşları tərəfındən qanunun şərtlərinə görə vaxtı keçmiş elektrik sayğacları pulsuz olaraq dəyişdirilməlidir. İşıq idarəsinin əməkdaşları onu cərimə etmişlər. Lakin həmin cərimə qərarının alınmasında ötrü müraciət etsə də, cərimə qərarını (protokolunu) ona verməmişlər. Akt və cərimə qərarı əsassız və qeyri-qanunidir. Elektrik sayğaclarının vaxtı bitdiyi zaman həmin sayğaclar dövlət hesabına vətəndaşdan heç bir pul alınmadan dəyişdirilir. Elektrik Şəbəkəsinin əməkdaşları sayğaca müdaxilə etdiyini sübut edəcək heç bir sübutları yoxdur, nə foto və video çəkilişləri, nədə ki, qonşulardan, kənd sakinlərindən, yəni şahid ola biləcək heç bir insanın şahid olmasını təsdiq edən heç bir sənəd-sübutları yoxdur. Sadəcə öz əməkdaşlarının şahidliyi ilə belə bir akt tərtib etmişlər. Həmçinin sayğacda hansı nasazlığın olmasını sübut edəcək ekspert rəyi yoxdur. Elektrik Şəbəkəsinin əməkdaşlarının özbaşınalığı və məsuliyyətsizliyi nəticəsində bir çox vətəndaşa maddi ziyan dəymişdir. Masallı EŞ-nin vətəndaşın barəsində akt tərtib etmək və cərimə yazmaqla bağlı heç bir səlahiyyəti yoxdur. Çünki Masallı EŞ hüquqi şəxs deyildir. Ona görə də hazırda həmin akt etibarsız hesab olunması və cərimənin silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Bakı şəhərində olmuşdur. O, həmin evdə yaşamadığı halda və olmadığı halda sayğacı götürüb aparmışlar. Ona bildirmişlər ki, sayğac 2 manat az sərfiyyat yazır. O, qabaqcadan Asan xidmətə demişdir. arvadı xərçəng xəstəliyindən əziyyət çəkir hazırda 1 manatda onun üçün böyük puldur. O, sayğaca heç bir müdaxilə etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, yeni qanuna əsasən vətəndaşın iştirakı olmadan sayğac çıxarıla və baxıla bilər. İddiaçıya məxsus sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və sayğacın alt qapağının çıxarıldığı və möhürün qırıldığı müəyyən edilmişdir, bu səbəbdən akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin dəyərinin geri alınması tələb edilmişdir. Odur ki, qeyd edilən akt əsaslı olduğundan iddianını rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, R 280617 saylı aktdan görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı E.E.İ.Q-nin tələblərinə uyğun olaraq aşkar olundu ki, abonentə məxsus sayğacın alt qapağı, qapağın möhürü yerində olmamışdır. İş materiallarında olan Abunə Haqqında məlumatdan görünür ki, Masallı rayonu Çaxırlı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə 16.47+60.71+29.28 manat məbləğində, ümumilikdə 106.46 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 09 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Çaxırlı kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğacın alt qapağı, qapağın möhürü yerində olmadığı müəyyən olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Hazırda isə İddiaçı elektrik enerjisinə görə əsassız hesablanmış borcun ləğv olunması üçün məhkməyə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları 09 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Çaxırlı kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğacın alt qapağı, qapağın möhürü yerində olmadığını göstərsələr də bununla bağlı hər hansı video və foto çəkiliş aparılmamış, hal şahidləri dəvət olunmamış, yalnız idarənin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayətlənmişlər, həmçinin sayğacda hər hansı qüsurun olması barədə ekspert rəyini almadan iddiaçını cərimə etmişlər, bu hallar isə qanunverciliyin tələblərinə ziddir. Həmçinin, “X2 Qaydalarına” əsasən də "xxxx" ASC-nin əməkdaşlarının fiziki şəxs barəsində qərar qəbul etmək, ziyanın həcminin birbaşa heç bir mütəxəssis rəyi alınmadan müəyyən etmək səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunverciliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi sübutlar təqdim etsə də, cavabdeh tərəfə öz etirazının əsası kimi sübutlar təqdim etməmişdir. İddiaçı öz ərizəsində onun barəsində tərtib olunmuş akta əsasən hesablanmış cərimə məbləğinin 106.46 manat olmasını qeyd etsə də, iş materiallarına əsasən cərimənin yarısı, yəni 53.23 manat məbləğində cərimə silinməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış 53.23 (əlli üç, iyirmi üç) manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 09 dekabr 2022-ci il tarixli, R 280617 saylı akt qismən etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış 53.23 (əlli üç, iyirmi üç) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-580/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-580/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver