Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-592/2023 03.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı X1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 “Azəriqaz” İstehsalat Birliyinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 yanvar 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2160 m3 qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ləngan kəndində yerləşən evinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdikləri qaz sərfiyyatının dəyərini həmişə qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtlıvaxtında ödəmişdir. 2021-ci ilin fevral ayının 26-da cavabdeh qrumun əməkdaşları sayğacın yenisi ilə əvəz edib bu barədə akt tərtib etmişlər. Bunun müddət keçməsi ilə bağlı olmasını bildirmişlər. Sonradan isə məlum olmuşdur ki, qaz sərfiyyatı ilə bağlı əsassız borc hesablanmışdır. Bunula bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 aprel 2022-ci il tarixli, 2(050)-1062/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehin adına tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək, həmin akt əsasında hesablanmış 2160 kub metr itirilmiş qazın bərpasına görə borc məbləği silinmişdir. Sonradan sayağac smartkart tipli sayğacla əvəz edilmiş, bundan sonra ödənişlərin yarısının borca silinməsi məlum olmuşdur. Araşdırılarkən məlum olmuşdur ki, iş məhkəmədə olduğu dövrdə eyni vəziyyətə görə 27 yanvar 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında da 31 yanvar 2022-ci il tarixdə 2160 kub metr borc hesablanmışdır. Lakin həmin borca dair nə məhkəmə prosesində bildirmiş, nədə ona heç bir sənəd verilməmişir. Nəhayət Masallı regional “ASAN xidmət” mərkəzindən müvafiq sənədləri götürərkən bununla bağlı bilmişdir. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı regional “ASAN xidmət” mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Qaz sayğacı kənar təsirlərdən mühafizə olunmalıdır. Lakin evinə gələn qazla bağlı sayğac müvafiq örtüklə örtülməmişdir. Bu isə sayğac quraşdırılarkən onun kənar təsirlərdən qorunması imkanlarının nəzərə alınmamasını göstərir. Bundan başqa, mübahisəli qərarda əvvəlki 3 aylıq dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki, hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Bildirişlər verilən tarixlərdə qaz nəzarətçisi sayğaca baxmış və rəqəmləri sayğacdan götürmüşdür. Həmin tarixlərdə sayğacda hər hansı bir qüsur olsaydı təbii ki, bunu qaz nəzarətçisi görər və həmin tarixdə də bunu sənədləşdirərdi. Lakin qaz nəzarətçisinin bildirişlər verilən tarixlərdə bununla bağlı hər hansı aktının olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və ondan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 3 aylıq dövr üçün qaz sərfiyyatı ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablaması əsassız və ədalətsizlikdir. Bundan əlavə sayağc aktı tərtib edilərək götürülərkən onda hər hansı bir qüsur olmamış və bununla bağlı aktda heç bir qeyd aparılmamışdır. Bu isə sayağacın salamat vəziyyətdə açılb aparılmasını göstərir. Sayağac açılb aparılandan sonra onda hanısa qüsurların olmasının isə ona aidiyyəti yoxdur. Bundan başqa, mübahisəli aktda adları göstərilən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin iştirakı təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 27 yanvar 2022-ci il tarixli, ******* saylı aktda göstərilir ki, “sayağacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Mənşəyi məlum olmayan plomb kəsilib.” “Azəriqaz” X2 X5 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 31 yanvar 2022-ci il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, sayğac həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 27 yanvar 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 2160 m3 qaz sərfiyyatına görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 27 yanvar 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 2160 m3 qaz sərfiyyatına görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-592/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-592/2023
03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver