Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-595/2023 17.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3, məhkəmə iclasının katibi X6, iddiaçı X12 (Abbasov Gııabalı) oğlunun və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X12 (Abbasov Gııabalı) oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinə görə hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X12 (Abbasov Gııabalı) oğlu cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinə görə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən səhv hesablanmış 3909,5 manat iddia məbləğininin silinməsinə və 30,00 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddaçıya qaytarilmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin iyul ayında istifadəsində olan hesablaşma elektrik sayğacının texniki səbəbdən (daxili qüsur) işləməməsini aşrar etdikdən dərhal sonra X10 (sonralar MEŞ) əvvəlcə şifahi sonradan isə rəsmi müraciətlər edərək elektrik sayğacının işləməməsi barədə məlumatlar verərək elektrik sayğacının yenisi ilə əvəzlənməsini xahiş etmişdir. Etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq MEŞ elektrik sayğacını 2019-cu ilin iyul ayında yeni sayğacla əvəzləyərək Akt tərtib etmiş, lakin aktın surəti ona verilməmiş və köhnə sayğacə özləri ilə aparmışlar. Yeni sayğacla hesablaşma aparılan zaman məlum olmuşdur ki, köhnə sayğacın işləmədiyi 1 (bir) il müddətində 37450 kvt/s elektrik enerjisi sərfınə görə 4107,5 manat (37450x0,07=4107,5) manat pul hesablanmışdır. Bundan sonra o, rəsmi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edərək, müracitinin araşdırılmasını və səhvən hesablanmış 4107,5 manat elektrik sərfıyyatına görə hesablanmış məbləğin silinməsini xahiş etmişdir. Müraciətindən sonra Lənkəran regional Elektrik İdarəsinin bir əməkdaşı evinə gələrək hansısa bir sənədə imza etdirərək ona şifahi olaraq bildirmişdir ki, 37450 kvt.s görə hesablanmış 4107.5 manat borc səhvən hesalandığına görə yeni aydan hesablaşmada azaldılacaqdır. Lakin sonradan nədənsə bu məbləq onun hesabından silinməyərək bu günə kimi onun elektrik sərfiyyatına görə borclu olduğu göstərilmilşdir. O, 2022-ci ilin sonlarında bir daha Azərbaycan Respublikasının Energetika Nazirliyinə və eləcədə X16 Cəmiyyətinə rəsmi müraciətlər edərək bir daha müraciətinin araşdırılmasına və səhv hesablanmış 4107,5 manatın onun hesabından silinməsini xahiş etmişdir. Onun müraciti ilə əlaqədar Cənub RETSİ-də hesblaşması üzrə yenidən araşdırma aparılaraq protokol tərtib olunaraq kompüter məlumatlar bazasında 1244 rvt.s enerji sərfıyyatına görə 136,84 manat elektrik enerjisinin dəyərinə düzəliş edilərək onun hesabından azaldılmışdır. Abunə haqqında hesablaşma cədvəlindən görünür ki, istehlak edilmiş elektrik enerjisinin sərfıyyatına görə ilk sayğac xx.xx.2015-ci il tarixdə quraşdırılmış və bu sayğac dəyişdirilərək xx.xx.2017-ci il tarixdən digər elektrik sayğacı ilə əvəz olunmuşdur. Bu sayğac isə texniki səbəbdən (daxili qüsur) işləməməsinə görə 01.07 2019-cu il tarixdə yeni sayğacla əvəz olunmuşdur. Azərbaycan Respublikası X1 8.16-cı maddəsində göstərilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektirik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma elektrik sayğaclarmm normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bu sayğacın quraşdırıldığı xx.xx.2018-ci il tarixdən daxili qüsur səbəbindən işləmədiyi xx.xx.2018-ci il tarixə 509 gün ərzində 2634 kvt.s təşkil edir ki, buradadanda orta günlük elektrik enerji sərfiyyatı (2634 kvt.s 509=5.19 kvt.s) 5.19 kvt.s təşkil edir ki, buradada sayğacın işləmədiyi günlərin saylı 378 gün təşkil edir ki, buradadanda enerji sərfiyyatı 1954 kv/s təşkil edir ki, buda o dövrün qiyməti ilə 138,00 manat təşkil edir. Yerdə qalan fərq (4107,5-138,00=3907,5) 3907,5 manat enerji təhcizatçı tərəfindən süni olaraq artıq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”-nın 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin labaratoriya şəraitində araşdırılması enerji təchizatı müəssisəsi tərəfındən istehlakçının o, cümlədən məişət abonentinin iştirakı ilə aparılır və iki tərəfli aktla sənədləşdirilmişdir. Enerji təchizatçı tərəfindən bu hərəkətlər yerinə yetirilmədiyi hallarda hesab edir ki, hesablaşma düzgün aparılmamış və bu borc sadəcə sünü yaradılmışdır. İddiaçı X12 (Abbasov Gııabalı) oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacda daxili qüsur olmuşdur və bu səbəbdən borc yaranmışdır. Bülə ki, sayğacda olan daxili qüsura görə o məsuliyyət daşımamlıdır. Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X11 məhkəmə iclsında verdiyi izahatında iddianın əsassız olmasının nəzərə alınması və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, 261317 saylı aktdan görünür ki, sayğac daxili qüsur nəticəsində işləmir, göstərici xüsusi cihaz vasitəsi ilə oxundu, sayğac istismara yararsızdır. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında 045518 saylı protokoldan görünür ki, 261317 saylı akta əsasən sayğac yeni elektrik tipli sayğacla əvəz olundu, yoxlanıb möhürləndi, çıxarılan sayğacın ekran tablosu oxunmadığı üçün torbaya qoyulub ******* saylı möhürlə möhürlənmişdir. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2019-cu il tarixli, 141683 saylı aktdan görünür ki, sayğac daxili qüsur nəticəsində işləmir. Sayğac istismara yararsızdır. İş materilları ilə müəyyən edilmişdir ki, qüsurla işləyən sayğaca baxışla əlaqədar videogörüntülər tətbiq edilməmiş və bu barədə sübut təqdim edilməmişdir. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında ******* saylı protokoldan görünür ki, 141683 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Yoxlanıb möhürləndi. Çıxarılan sayğac qutuya qoyulub ******* saylı möhürlə möhürlənmişdir. İş materiallarında olan 13 may 2012-ci il tarixli, R 141683 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Öncəqala kəndində yaşayan abonent X7 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına EEİQ-nin qaydalarına uyğun olaraq baxış keçirilərkən elektrik sayğacı sərf olunan elektrik enerjisini qeyd etmir. Elektrik sayğacı naryadla qoyulduğu yoxlanılması və elektrik sayğacının göstəricisi dəqiqləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X4 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 26 may 2022-ci il tarixdə Masallı rayonu, Öncəqala kənd sakini X12 (Abbasov Gııabalı) oğluna məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğac daxili qüsur nəticəsində işləmədiyi və bununla bağlı akt tərtib edilmişdir. Hazırda isə iddiaçı X12 (Abbasov Gııabalı) oğlu elektrik enerjisinə görə əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları 26 may 2022-ci il tarixdə Masallı rayonu, Öncəqala kənd sakini X12 (Abbasov Gııabalı) oğluna məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğac daxili qüsur nəticəsində işləmədiyi göstərsələr də bununla bağlı hər hansı videoçəkiliş, fotoçəkiliş aparılmamış, hal şahidləri dəvət olunmamış, yalnız idarənin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayətlənmişlər, həmçinin sayğacın hansı səbəbdən sərf olunan elektrik enerjini qeyd etmədiyi barədə ekspert rəyini almadan iddiaçını cərimə etmişlər, bu hallar isə qanunverciliyin tələblərinə ziddir. Həmçinin, “X4 Qaydalarına” əsasən də "xxxx" ASC-nin əməkdaşlarının fiziki şəxs barəsində qərar qəbul etmək, ziyanın həcminin birbaşa heç bir mütəxəssis rəyi alınmadan müəyyən etmək səlahiyyətləri müəyyən edilməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş olsa da, buna dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia dövlət rüsumunun alınıb verilməsi hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunverciliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi sübutlar təqdim etsə də, cavabdeh tərəfə öz etirazının əsası kimi sübutlar təqdim etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı X12 (Abbasov Gııabalı) oğluna qanunsuz olaraq ititilmiş elektrik enerjisinə görə hesablanmış 3909.5 (üç min doqquz yüz doqquz, beş) manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X12 (Abbasov Gııabalı) oğlu barəsində itirilmiş elektrik enerjisinə görə qanunsuz olaraq hesablanmış 3909.5 (üç min doqquz yüz doqquz, beş) manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-595/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-595/2023
17.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver