Məhkəmə qərarları › İş №2(050)-643/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-643/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-643/2024 02.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə və X6 Təcizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə və X8 Təcizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli Na 304305 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 804.84 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonu Türkoba kəndində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayğacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. 13 iyul 2023-cü il tarixdə "xxxx" ASC-in əməkdaşları onun evində quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı barəsində AKT R 304305 saylı akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, yaşadığı evə 2 tərəfdən elektrik xətti çəkmişdir. Evin ön tərəfindən sayğacdan, arxa tərəfindən isə elektrik dirəyindən bir başa evə çəkmişdir. Halbuki, hər hansı bir belə elektrik xətti mövcud olmamışdır. Elektrik idarəsinin əməkdaşları özlərindən yalandan akt tərtib edərək ona əlavə sərfiyyat etmədiyi elektrik enerjisinin dəyərini tələb edirlər. 13 iyul 2023-cü il tarixli, R 304305 saylı akta əsasən ona əlavə sərfiyyat üzrə 804.84 manat xərc hesablanmışdır. Hazırda o, işığa pul yükləyəndə ona əlavə və əsassız hesablanmış işıq borcundan silinir ödədiyi məbləğin 10 faizi isə işıq kartına köçmüşdür. Həmin tarixdə akt tərtib edilmiş, bir neçə şəxs imzalamış o, isə imza etməmişdir. Buna səbəb isə o, sayğaca heç bir müdadxilə etmədiyi olmuşdur, çünki işıq idarəsinin işçiləri özləridə bilmirlər ki, akta nə yazsınlar. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 804.84 manat sərfiyyat hesablanmışdır. Halbuki, o məbləğdə işıq sərf etməmişdir. Heç onun evi bir ay ərzində 100 manat yazmır neçə ola bilər ki, ona 804.84 manat işıqdan istifadə etməsini yaza bilərlər. Halbuki, qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasını qeyd etmişdir. Evinin X1 yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Göründüyü kimi, cavabdeh təşkilat qanunsuz olaraq akt tərtib etmiş, onun əsasında amperamaj cihazı ilə evin yükü yoxlanılmadan əsassız sərfiyyat hesablamışdır. Odur ki, aktın etibarsız hesab edilməsi və əsassız yerə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin əvvəlki iclaslarında verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar X1 edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, iddiaçı qeyi-qanuni qoşulmadan istifadə etmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, R 304305 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar X1 etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 304305) olaraq 804.84 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 13 iyul 2023-cü il tarixdə Masallı rayonu, Türkoba kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar X1 etdiyi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və 804.84 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Məhkəmə işə əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxdıqdan sonra cavabdehin nümayəndəsinin vəsatətinə əsasən 16 aprel 2024-cü il tarixdə saat 13 radələrində Masallı rayonu Türkoba kəndində yerli baxış keçirərkən Türkoba kəndində İddiaçı yaşayış evinin həyətinə iddiaçının, cavabdehin nümayəndəsi Nümayəndə, Azərişıq ASC-nin Masallı EŞ-nin əməkdaşı X4 iştirakı ilə yerli baxış keçirmiş və həyətdə olan işıq dirəyində, həmçinin həyətdən kənar qonşunun həyətində yerləşən işıq dirəyindən iddiaçının yaşayış evinə, həyətdə olan yardımçı tikililərə hər hansı kənar xətt çəkilməsi və kənar xəttin olması, elerktrik enerjisindən istifadə edilməsi üçün hər hansı vasitə, həmçinin iddiaçının yaşayış evində kondisioner quraşdırılması aşkar edilməmişdir. Beləliklə məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi müəyyən olunmadığı üçün etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli, R 304305 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 804.84 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar