Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-645/2024 02.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 noyabr 2016-cı il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Kosakül kəndində özünə məxsus fərdi yaşayış evi X1 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, tarif planına uyğun olaraq X1yə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin 18 noyabr 2016-ci il tarixdə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gələn elektrik xətlərini yoxlamışlar, elektrik xətlərindən hər hansı problemin olmamasını bildirmişlər, sonra sayağaca baxış etmişlər və çıxıb getmişlər. Daha sonra öyrənmişdir ki, 18 noyabr 2016-ci il tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, EEİQ-nin qaydalarına uyğun olaraq elektrik sayğacına baxış zamanı sayğacdan kənar xəttin aşkarlandığı müəyyən olunmuşdur. Həmin akta görə ona 3669,12 manat borc yazmışlar. Onun həyətində heç vaxt sayğacdan kənar xətt olmamışdır. Akt otaq şəraitində yazılmış və heç bir qanuna istinad edilməmişdir. Onun cavabdeh təşkilata sərf etdiyi enerjiyə görə il boyu borcu olmuşdur. O, borclarını qarışdırdığına görə pul ödənişlərini mütəmadi ödəmişdir. Hal-hazırda da cavabdeh təşkilata 500 manata yaxın borcu vardır. Akt əsassızdır və hesab edir ki, məhkəmə qərarı ilə ləğv edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Dəfərlərlə ona yazılmış aktın surətini cavabdeh təşkilatdan istəsə də, heç bir nəticəsi olmamış və aktın surətini ona verməmişlər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Masallı rayonu, Kosakül kəndində özünə məxsus fərdi yaşayış evi X1 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, tarif planına uyğun olaraq X1yə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır, 18 noyabr 2016-ci il tarixdə “Azərişıq" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gələn elektrik xətlərini yoxlamışlar, elektrik xətlərindən hər hansı problemin olmamasını bildirmişlər, sonra sayağaca baxış etmişlər və çıxıb getmişlər. Daha sonra öyrənmişdir ki, 18 noyabr 2016-ci il tarixdə akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, EEİQ-nin qaydalarına uyğun olaraq elektrik sayğacına baxış zamanı sayğacdan kənar xəttin aşkarlandığı müəyyən olunmuşdur. Həmin akta görə ona 3669,12 manat borc yazmışlar həyətində heç vaxt sayğacdan kənar xətt olmamışdır, akt otaq şəraitində yazılmış və heç bir qanuna istinad edilməmişdir. Onun oğlu Azərişıqda işləmişdir, yazılmış akt onun barəsində olmuşdur, əsassız olaraq cərimə ödəyir, 500 manata kimi borcu qalmışdır. Onun cavabdeh təşkilata sərf etdiyi enerjiyə görə il boyu borcu olmuşdur, akt əsassızdır və hesab edir ki, ləğv edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar X1 edildiyi aşkar edilmişdir bu barədə 18 noyabr 2016-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə təşkilat arasında borcun etirafı və ödənilməsinə dair razılaşma protokolu imzalanmışdır. Belə olan halda iddiaçı təşkilata olan borcunu etiraf etmişdir. Odur ki, iddia iddia müddəti keçdiyinə görə və əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Kosakül kənd sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar (NDM 007123) olaraq 3669.12 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş X6 Təchizatı və Satış İdarəsi Masallı Elektrik Şəbəkəsinin rəisi A.M.İsmayılov ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli "İstifadə edilmiş elektrik enerjisi haqqında hissə-hissə ödənilməsi barədə" Razılşama Protokolundan görünür ki, istehlakçı İddiaçı xx.xx.2016-cı il tarixə Masallı EŞ-nə olan 3513.08 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir və qrafik üzrə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Azərişıq ASC tərəfindən abonent kodu **********00057 olan İddiaçı elektrik sayğacında EEİQ-nın pozulması faktı aşkar edildiyindən onun barəsində NDM 007123 saylı akt tərtib edilmişdir. Qey dedilən akt saxlama müddəti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq mərkəzi arxivə təhvil verildiyindən hazırda təqdim edilməsi mümkün deyildir. Həmin akt və onun əsasında hesablanmış məbləğ barədə məlumatlar abonent hesabından çıxarışda öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş 18 noyabr 2016-cı il tarixli, NDM 007123 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış sərfiyyatın silinməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli "İstifadə edilmiş elektrik enerjisi haqqında hissə-hissə ödənilməsi barədə" Razılşama Protokolu ilə müəyyən edilmiş halları iddiaçının dəlillərini təkzib edir. Belə ki, protokol ilə cavabdeh təşkilata olan borcunu etiraf etmiş və borcun ödənilməsi üçün müəyyən edilmiş ödəniş cədvəli üzrə ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddianın tərtib edilmiş aktla əlaqədar dəymiş ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, aktın etibarsız hesab edilməsi hissədə iddia təmin edilmədiyindən borcun silinməsi hissədə də iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-645/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-645/2024
02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver