Məhkəmə qərarları › İş №2(050)-668/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-668/2025

23.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-668/2025 23.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Masallı regional Cavabdehndə notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərba edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edərək vərəsəliyin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da faktiki olaraq uzun müddətdir ki, həyat yoldaşı ilə birlikdə Masallı rayonu, Çaxırlı kəndində yaşayır. X2 xx.xx.1996-cı ildə vəfat etmiş və Çaxırlı kənd qəbirsanlığında dəfn edilmişdir. Anasından miras olaraq Masallı rayonu, Çaxırlı kəndi ərazisində 0.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Mərhum X2nın yeganə varisidir və ondan başqa vərəsəsi yoxdur. Anası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ açıq-aşkar, faktiki olaraq onun tərəfindən həyata keçirilmiş və hal-hazırda da həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir, vərəsəliyi açıq-aşkar surətdə, faktiki olaraq qəbul etmişdir. Lakin onun Masallı Regional "ASAN XİDMƏT" mərkəzinin Notariat ofisinə X8 Şəhadətnamə verilməsinə dair ərizəsi təmin olunmamış, ərizə və ona əlvə olunmuş sənədlər geri qaytarılmışdır. X8 Şəhadətnamə verilməsindən imtinanın səbəbi isə vərəsəliyin qəbul müddətinin keçməsi və vərəsəliyin faktiki qəbul edilməsinə dair heç bir sübutun təqdim edilməməsi olduğu bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Masallı regional Cavabdehndə notariat ofisi və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, 15 mart 1930-cu il təvəllüdlü İddiaçı atası İddiaçı, anası X1r. ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı ilin 07 ayının 08 günündə 26 № ilə qeyd edilmişdir. Masallı RİHB-nın Çaxırlı kənd İƏD üzrə nümayəndəliyinin 29 may 2024-cü il tarixli, 385 və 388 saylı arayışlarından görünür ki, İddiaçı hal-hazırda Masallı rayonu, Çaxırlı kəndində yaşayır. 1912-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X6 xx.xx.1996-cı il tarixdə vəfat emişdir və kənd qəbirstanlığında dəfn edilmişdir. “Torpağa mülkiyyət hüququna” dair JN-202 Kod 80525018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X5 0.30 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimovun 26 iyul 2024-cü il tarixli, 944 saylı məktubundan görünür ki, vərəsəliyin qəbul müddəti keçdiyi səbəbindən vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X2 xx.xx.1996-cı il tarixdə ölmüşdür. X3 “Torpağa mülkiyyət hüququna” dair JN-202 Kod 80525018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X5 0.30 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi miras kimi qalmışdır. İddiaçı anasından qalmış torpaq sahəsini faktiki olaraq miras əmlak kimi qəbul etdiyini bildirir. Müddətin ötürülməsini isə uzun müddət miras əmlakın olduğu ərazidə yaşamaması olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum X2nın birinci növbə vərəsəsi olduğundan və faktiki olaraq miras əmlakı qəbul etdiyindən, iddia təmin edilməli və mərhum X3 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.1996-cı il tarixdə X3 miras qalmış “Torpağa mülkiyyət hüququna” dair JN-202 Kod 80525018 saylı şəhadətnamədə qeyd edilən Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 saylı qərarı ilə X5 0.30 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün İddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin və İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar