Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-689/2023 10.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər məhkəməyə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara 0,5999 ha torpaq sahəsinin verilməsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı çıxarışın X4 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara ailə üzvləri ilə birlikdə 0,59 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı çıxarış verilmişdir. Lakin həmin çıxarışda adları səhvən “Nərminə”, “Təibə” kimi yazılmışdır. Halbuki, adları müvafiq olaraq Nərmin və Pərvindir. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə həmin torpaq sənədlərdə səhv olduğundan sənədləşmə edə bilməmişlər və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən 0,5999 ha torpaq sahəsi üzərində X10, X2, X1, X3 və X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 287 saylı doğum haqqında arayışdan görünür ki, X8 xx xxxx 1991-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, atası X14, anası X6r. xx.xx.2023-cü il tarixli, 288 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx xxxx 1993-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, atası X14, anası X6r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi1 arasında 02 mart 2012-ci il tarixdə bağlanmış nikah, 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında 18 mart 2011-ci il tarixdə bağlanmış nikah, 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Səfərov (a) soyadı verilmişdir. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır. Masallı rayon Təzə Alvadı kənd bələdiyəsinin sədri və Masallı rayon İHB-nin Təzə Alvadı İƏD üzrə nümayəndəsi tərəfindən imzalanaraq, təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktlardandan görünür ki, xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda adları keçən X7-Ərizəçi2, X12-Ərizəçi1 qız kimi yazılmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixli, **********95 reyestr nömrəli çıxarışda düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçiləri dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçilər qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********95 reyestr nömrəli, seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X4 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2015-ci il qeydiyyat tarixli, **********95 reyestr nömrəli, seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X4 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-689/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-689/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver