Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-7/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Masallı Rayon Qızıalağac Bələdiyyəsi) həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Masallı Rayon Qızıalağac Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Qızılağac kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə ikinci küçədən gələn maşın yolunun açılması, yolun üzərində tikilən tövlənin sökülməsi və yolun əvvəlki vəziyyətə gətirilməsi, bu işlərin cavabdehin hesabına görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Qızılağac kəndində həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Cavabdeh qonşuluqda yaşayır. Torpaq islahatından əvvəl onun hyətinə iki hissədən yol ayrılmış, həmin yoldan uzun müddət istifadə etmişdir. Cavabdeh 5-6 il bundan əvvəl qarşı hissədən gələn yolu zəbt edərək, yolun üzərində tövlə tikmiş, onun torpağına gələn yolu bağlamışdır. Dəfələrlə cavabdehlə danışıqlar apararaq yolu açmasını, tövləni sökməsini bildirsə də, cavabdeh ona yol verməyəcəyini bildirmişdir. Həyətində qızı Xoşqədəm üçün ev tikmişdir. Həmin yolun açılmasını da bu səbəblə itəyir ki, həmin evə ayrıca yol olsun. Odur ki, onun torpaq sahəsinə ikinci küçədən gələn maşın yolunun açılması, yolun üzərində tikilən tövlənin sökülməsi və yolun əvvəlki vəziyyətə gətirilməsi, bu işlərin cavabdehin hesabına görülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinə, 110-cu maddəsinə, 111-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, mübahisəli tövlənin yerləşdiyi torpaq sahəsi nə ona aid torpaq sahəsidir, nədə ki, cavabdehə. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyətində 0,06 ha torpaq sahəsi var. Faktiki olaraq isə istifadəsində 0,12 ha torpaq sahəsi var. Qızı üçün tikdirdiyi fərdi yaşayış evi faktiki istifadəsində olan əlavə olaraq istifadə etdiyi 0,06 ha torpaq sahəsində yerləşir. Qızı üçün tikdirdiyi fərdi yaşayış evinə öz evinin yanından da yol var. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərk, bildirdi ki, mübahisəli tövlə faktiki istifadələrində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Faktiki istifadələrində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsindən yol keçmir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Nümayəndə ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı Rayon Qızıalağac Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-402A Kod 80500038 nömrəli şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə X11, X14, X7, X12, X3 və X15 0,06 hektar torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-384A Kod 80500038 nömrəli şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə Cavabdeh, X8, Nümayəndə, X9, X10 və X2 0,06 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,06 hektar torpaq sahəsinin və 158.1 kv.m fərdi yaşayış evinin üzərində Cavabdeh, Nümayəndə, X4, X5, X1 və X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********17-10301 reyestr, 249 inventar nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda “Torpaq sahəsi haqqında məlumat” adlanan bölmədə torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki sahə kimi 0,108 ha olduğu göstərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3275/2021 saylı qərardadından görünür ki, iddiaçının vəsatəti əsasında iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "X13" məhdud məsuliyyətli cəmiyyətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "X13" məhdud məsuliyyətli cəmiyyətinin 03 fevral 2022-ci il tarixli, 614 saylı mütəxəssis rəyinin nəticə hissəsində göstərilmişdir ki, naturada tədqiq olunan cavabdehə məxsus tövlə tikilisi Masallı rayonu, Qızılağac kəndinin kompleks yerquruluşu layihəsi üzrə tərtib olunan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-384A Kod 80500038 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,06 ha həyətyanı torpaq sahəsində tikilməməsi müəyyən edilmişdir. Mübahisəli tövlə tikilisi Cavabdeh və onun ailə üzvlərinə verilmiş JN-384A şəhadətnaməli 0,06 ha həyətyanı torpaq sahəsindən əlavə istifadəsində olan bələdiyyə mülkiyyətində qalan 0,0480 ha torpaq sahəsində inşa edilmişdir. Həmin mübahisəli tövlə tikilisindən qonşu çəpərə qədər olan məsafə 1.2 metr təşkil edir və faktiki olaraq iddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi olmaqla, iddiaçının həmin yoldan təsərrüfat məqsədli istifadəsinə maneəçilik yaratdığı müşahidə olunmuşdur. "X13" məhdud məsuliyyətli cəmiyyətinin 03 fevral 2022-ci il tarixli, 614 saylı mütəxəssis rəyi mülki iş materialları ilə birlikdə ekspert rəyi verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimov vəsatət ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, baza məlumatları və mübahisəli torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem istənilmiş, vəsatətə əsasən zəruri sənədlər “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik Hüquqi şəxsdən tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi Mərkəzə daxil olmadığı üçün ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-92/2022 saylı qərardadından görünür ki, iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 10/6570 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********38 saylı mütəxəssis rəyinə əsasən mübahisələndirilən əraziyə bitişik naturada mövcud olan məhəllə yolunun Masallı rayonu, Qızılağac kəndi “Qızılağac" təsərüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialında öz əksini tapmaması kimi uyğunsuzluqların olması səbəbindən iddiaçı və cavabdehin ailə üzvlərinin müvafiq olaraq mülkiyyətlərinə verilmiş 402A və 384A nömrəli həyətyanı torpaq sahələrini faktiki istifadə vəziyyətinə uyğun düzgün yerləşdirmək, mərz xətti sərhədlərinin yerini dəqiqliklə təyin etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyində qeyd olunur ki, torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 saylı Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun apanlması və xəritələşdirilməsi” qaydaları əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrinə əsasən mülkiyyət sənədləri yeniləndikdən sonra mübahisəli tövlə tikilisi ilə əlaqədar qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olacaqdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-92/2022 saylı qərardadından görünür ki, iddiaçının vəsatəti əsasında iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/2770 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü ii tarixli, 3-21-3-44/2-1425/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli tövlə tikilisinin torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna əsasən onların faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində tikildiyi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1425/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli tövlə tikilişinin torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyetsr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna görə onların faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin 0,05 ha bələdiyyə mülkiyyətinə aid olan hissəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisəli tövlə tikilisinin yerləşdiyi və ona bitişik qonşu həyətyanı torpaq sahəsi hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə şimal-şərq istiqamətində bitişik olan ümumi istifadəli gediş-gəliş yolu mövcuddur. İşə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin aydınlaşdırılması üçün ekspertiza təyin edilmiş, ekspert qarşısında iş üzrə zəruri məsələlərin aydınlaşdırılması üçün suallar qoyulmuş, yuxarıda qeyd edilən səbəblərdən Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3275/2021 saylı qərardadı üzrə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmış; xx.xx.2022-ci il tarixli, 2(050)-92/2022 saylı qərardad ilə ekspert qarşısında qoyulmuş sualları isə yuxarıda qeyd edilən səbəblərdən cavablandırmaq mümkün olmamışdır. İşin araşdırılması ilə müəyyən olunmuşdur ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə X11, X14, X7, X12, X3 və X15 0,06 hektar torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə” dair JN-402A Kod 80500038 nömrəli şəhadətnamə tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,06 hektar torpaq sahəsinin və 158.1 kv.m fərdi yaşayış evinin üzərində Cavabdeh, Nümayəndə, X4, X5, X1 və X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisəli tövlənin ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində tikilib-tikilməməsini, əgər mübahisəli tövlə ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində tikilməmişdirsə tövlənin tikildiyi sahənin kimə məxsus torpaq sahəsi olmasını, həmin tövlənin rəsmi sənədə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində tikilib-tikilməməsini və tövlənin orada tikilməsinin İddiaçı hər hansı bir maneçiliyinin olmasını və iddiaçının ona yol verilməsini iddia etdiyi sahənin rəsmi sənədə əsasən yol kimi nəzərdə tutulub-tutulmamasını, tutulmuşdursa həmin sahədə nəyin, hansı ölçüdə yerləşməsinin müəyyən edilməsi üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-92/2022 saylı qərardadı ilə iddiaçının vəsatəti əsasında iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/2770 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü ii tarixli, 3-21-3-44/2-1425/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli tövlə tikilisinin torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna əsasən onların faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində tikildiyi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1425/2023 saylı mütəxəssis rəyinə əsasən mübahisəli tövlə tikilişinin torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyetsr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna görə onların faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin 0,05 ha bələdiyyə mülkiyyətinə aid olan hissəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisəli tövlə tikilisinin yerləşdiyi və ona bitişik qonşu həyətyanı torpaq sahəsi hissəsindən gedişgəliş yolu nəzərdə tutulmadığı müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə şimal-şərq istiqamətində bitişik olan ümumi istifadəli gediş-gəliş yolu mövcuddur. Beləliklə, işin araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının sökülməsini iddia etdiyi tövlə iddiaçının mülkiyyətində (ümumi birgə mülkiyyətdə) olan torpaq sahəsində tikilməmiş, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində tikilmiş, mübahisəli tövlənin yerləşdiyi və ona bitişik qonşu həyətyanı torpaq sahəsi hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmamış, həmçinin iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə şimal-şərq istiqamətində bitişik olan ümumi istifadəli gediş-gəliş yolu mövcuddur. Sonuncu qeyd edilən xüsusatı iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, “...Qızı üçün tikdirdiyi fərdi yaşayış evi faktiki istifadəsində olan əlavə olaraq istifadə etdiyi 0,06 ha torpaq sahəsində yerləşir. Qızı üçün tikdirdiyi fərdi yaşayış evinə öz evinin yanından da yol var.” Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən:
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Subyektiv hüquq baxımından iddiaçının hazırki iddia üzrə subyektiv hüququ vürdır. Belə ki, o, mübahisəli tövlənin yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə edilən yolda tikilməsinə və tövlənin orada olmasının onun mülkiyyətində olan torpaq sahəsinə gələn yolun bağlanmasına əsaslanaraq hazırki iddianı qaldırmışdır. İşin araşdırılması zamanı tövlənin yerləşdiyi sahənin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi, ekspert rəyi ilə mübahisəli tövlə tikilisinin yerləşdiyi və ona bitişik qonşu həyətyanı torpaq sahəsi hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmadığı müəyyən edilmişdir. Mübahisəli tövlənin orada olmasının mülkiyyətdə olan torpaq sahəsinə gələn yolun bağlanmasına əsaslanaraq iddiaçının hazırki iddianı qaldırması baxımından onun sübyektiv hüququ vardır. Lakin, iddia əsaslı deyil. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli tövlə torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna əsasən onların faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində tikilmişdir. Mübahisəli tövlə torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cavabdeh və digər ailə üzvlərinin **********17-10301 reyetsr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın texniki pasportuna görə onların faktiki istifadə edilən ərazi kimi plana alınmış 0,11 ha həyətyanı torpaq sahəsinin 0,05 ha bələdiyyə mülkiyyətinə aid olan hissəsinin hüdudları daxilində yerləşir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisəli tövlə tikilisinin yerləşdiyi və ona bitişik qonşu həyətyanı torpaq sahəsi hissəsindən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə şimal-şərq istiqamətində bitişik olan ümumi istifadəli gediş-gəliş yolu mövcuddur. Sonuncu qeyd edilən xüsusatı iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, “...Qızı üçün tikdirdiyi fərdi yaşayış evi faktiki istifadəsində olan əlavə olaraq istifadə etdiyi 0,06 ha torpaq sahəsində yerləşir. Qızı üçün tikdirdiyi fərdi yaşayış evinə öz evinin yanından da yol var.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis rəylərinə görə ödənilmiş vəsait iddiaçıya aid edilməli, həmçinin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Masallı Rayon Qızıalağac Bələdiyyəsi) Masallı rayonu, Qızılağac kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə ikinci küçədən gələn maşın yolunun açılması, yolun üzərində tikilən tövlənin sökülməsi və yolun əvvəlki vəziyyətə gətirilməsi, bu işlərin cavabdehin hesabına görülməsi barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mütəxəssis rəylərinə görə ödənilmiş vəsait İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev